Ermənistan ordusu: xaos, “dedofşina", əmrə itaətsizlik, başıpozuqluq... - Ümid muzdlulara qalıb!
07:59 03.11.2020
Aktual
754
“Hazırda düşmən öz ordusunda 1500-dən çox terrorçu və muzdlu əsgərlərdən istifadə edir”
“Buna baxmayaraq onlar yenə də heç nəyə nail ola bilməyəcəklər”
“Ordumuz müharibənin ilk günlərindən hərb meydanında qazandığı qələbələrlə öz sözünü deyir”
Livan ermənilərinin Beyrut şəhərindəki partlayışdan sonra Dağlıq Qarabağa köçürülməsinə dair faktlar bir çox mənbələrdə öz əksini tapıb. Məlumata görə həmin hadisədən sonra 100-dən çox erməni ailəsi qondarma rejimin “prezidenti” Araik Arutunyanın təklifi ilə Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılıb. Qeyd edək ki, Livan ermənilərin ən çox məskunlaşdığı bölgə kimi tanınır. Məhz ona görə də, Ermənistanın Livandan və müxtəlif ölkələrdən minbir hiylə ilə gətirdiyi erməniləri Dağlıq Qarabağda yerləşdirməsi ilk hal deyil. Təbii ki, işğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşdırılması qanunsuz şəkildə həyata keçirilir.
Beynəlxalq təşkilatlar da Ermənistanın Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyətinə göz yumur. Bu qeyri-leqal məskunlaşmanı həyata keçirməkdə məqsəd həmin bölgədə Ermənistanın mövqelərini möhkəmləndirməkdir. Bundan başqa, işğalçı ölkə bu qanunsuz əməllə kifayətlənmir. Ermənistan həmin erməniləri orduya cəlb edib, onlardan muzdlu döyüşçü kimi istifadə edir. İşğalçı ölkənin ordusundakı xaos, anarxiya, “dedofşina, əmrə itaətsizlik və başqa başıpozuq davranışları nəzərə alsaq bu hal o qədər də təəccüb doğurmur.
Bununla belə Ermənistan dəfələrlə öz bədnam əməllərini Azərbaycanın adına yazmağa çalışıb. Lakin hər dəfə cəhdləri uğursuz alındığı kimi bu dəfə də nəticə fərqli olmadı. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Ermənistan iddia edir ki, guya Azərbaycan ordusunda muzdlular var və döyüşdə onlardan istifadə olunur. Amma ortaya iddialarını fakta çevirə biləcək bir sənəd, material qoya bilmədilər. Çünki ölkəmizə qarşı bu mühakimələr blefdən başqa bir şey deyil.
Məsələ barədə “Sherg.az”a danışan hərbi ekspert Elxan Qəniyev qeyd edib ki, “Kim gəlirsə gəlsin, şanlı ordumuzun qabağında dura bilməz:
“Ermənistan ordusunda ilk dəfə deyil ki, muzdlular iştirak edir. İstər Livandan, istər Fransadan, istərsə də dünyanın müxtəlif ölkələrindən Ermənistan ordusunda muzdlu əsgərlər Azərbaycana qarşı döyüşür.
Biz bunu çoxdan bilirik. Hazırda düşmən öz ordusunda 1500-dən çox terrorçu və muzdlu əsgərlərdən istifadə edir.
Buna baxmayaraq onlar yenə də heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan ordusu müharibənin ilk günlərindən hərb meydanında qazandığı qələbələrlə öz sözünü deyir”.
E.Qəniyevin sözlərinə görə Azərbaycan ordusu çox yaxında zəfər çalacaq:
“ Şanlı ordumuz çox keçməz Şuşada, Laçında, Ağdərədə üçrəngli bayrağımızı qaldırıb zəfər çalacaq. Ermənistan qarşımıza kimi çıxarır-çıxarsın, onlar Azərbaycan ordusuna tab gətirə bilməz”.
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm