Ermənistandakı psixoloji durum: panika, inamsızlıq, qorxu... - TƏHLİL
Banuçiçək Kalbalıyeva
15:55 29.09.2020
Aktual
687
“Ermənistanın bir azdan danışıqlara hazır olacağını da istisna etmirəm”
“Amma biz buna ehtiyatla yanaşmalıyıq. Dediyim kimi, onlar kifayət qədər hiyləgərdirlər”
“Düşmən hələ məğlubiyyətə uğramayıb. Odur ki, qələbəni tam təmin edənədək “ehtiyat igidin yaraşığıdır” prinsipinə uyğun davranmalıyıq”
Düşmən “dezinformasiya maşını”nı yenidən işə salıb. Ermənistan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb. Qurumun sözçüsü nin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb:
“Belə ki, Ermənistan tərəfi, həmişə olduğu kimi, əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.
Görünür, Ermənistan hərbi-siyasi hakimiyyəti ictimai rəyə təsir etməkdən ötrü bütün variantları işə salır. Yəni həqiqət başqa olsa da, xalqa yalan satırlar. Üstəlik, Dağlıq Qarabağda artıq qaçış başlayıb, ordu hissələri demorilizasiya olunub. Deməli, məğlubiyyətə hazırdırlar.
Tanınmış psixoloq, hərbi ekspert Azad İsazadə “Sherg.az”a açıqlamasında qarşı tərəfdəki hazırkı vəziyyəti təhlil edib:
“Ermənistan əhalisi və ordusu müharibədən qorxurdu, indi də qorxur. Bu, təsadüfi deyil. Birincisi, Azərbaycan həm şəxsi heyət, həm də texnika baxımından düşməndən üstündür. İkincisi, qardaş Türkiyə yanımızdadır. Üçüncüsü isə Rusiyanın Paşinyana dəstəyi əvvəlki kimi deyil. Bəlkə, hakimiyyətdə Sarkisyan, Köçəryan olsa, Kreml Ermənistana aktiv kömək edərdi. Amma indi vəziyyət başqadır. Bu isə düşmən ölkədə panika, inamsızlıq, qorxu yaradır”.
Bununla yanaşı, psixoloq hesab edir ki, düşmənin bu vəziyyəti bizi arxayınlaşdırmamalıdır:
“Belə vəziyyət 90-cı illərdə də var idi. Ermənilər indi olduğu kimi, onda da qorxurdular. Amma hakimiyyət necə oldusa, cəmiyyəti səfərbər etməyi bacardı. Beləliklə, düşmən yüz illik, mifik “Böyük Ermənistan” ideyası uğrunda hətta canından keçməyə hazır oldu. Həmin fantastik ideya onlara güc verdi. Bilməliyik ki, düşməndən güclü olsaq da, qarşı tərəf daha bic və təxribata meyillidir. Ermənilər hər an növbəti təxribat törədə, arxadan zərbə vura bilərlər. Biz buna hazır olmalıyıq. İti, pişiyi küncə sıxışdıranda onun canını qurtarmaq naminə hücuma keçdiyini nəzərə almaq lazımdır. Ermənistanın bir azdan danışıqlara hazır olacağını da istisna etmirəm. Amma biz buna ehtiyatla yanaşmalıyıq. Dediyim kimi, onlar kifayət qədər hiyləgərdirlər. 90-cı illərin əvvəllərində də analoji hadisələr olmuşdu. Prezidentlər Tehranda danışıqlar aparanda, bir də baxdıq ki, düşmən Şuşaya hücuma keçib. Həmin səhvlərdən dərs çıxarmalıyıq. Düşmən hələ məğlubiyyətə uğramayıb. Odur ki, qələbəni tam təmin edənədək “ehtiyat igidin yaraşığıdır” prinsipinə uyğun davranmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq