Ermənistandan növbəti ekoloji terror! – “...Asanlıqla islah olana oxşamırlar”
Banuçiçək Kalbalıyeva
09:35 26.08.2021
Aktual
643
Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Atəşkəsi pozmaqla kifayətlənməyən düşmən artıq ekoloji terrora əl atır. Bu, ən son hədd deyil də, nədir?!
“Sherg.az” olaraq düşmənin çirkin əməllərinə dair millət vəkili Elman Məmmədovla söhbətləşdik:
- Davam edən provokasiyaları necə qiymətləndirirsiniz?
- Ermənilər təxribatlarından əl çəkmirlər. Düşmən özünü tərbiyəsiz uşaq kimi aparır. Beynəlxalq təşkilatlar emrənilərin “qulaqlarını burmurlar”. Havadarları isə qarşı tərəfi daha da təhrik edir, şirkinləndirir. Görünür, İrəvanı Bakı “tərbiyələndirməlidir”. Əslində baş verənlər bütünlüklə Ermənistan cəmiyyətinin təzahürüdür.
- Niyə belə düşünürsünüz?
- Təkcə orduda deyil, hakimiyyətdə, dövlətin ayrı-ayrı strukturlarında da başıpozuqluq var. Parlamentdə iki gün ard-arda əlbəyaxa davanın olması erməni xalqının tərbiyəsindən xəbər verir. Onların havadarları, erməniləri mədəni toplum hesab edənlər bundan nəticə çıxarmalıdırlar.
- Yəqin, həm də Rusiya…
- Əlbəttə. Rusiya müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Arşak Karapetyana xəncər hədiyyə etməsi, ordunun müasirləşdirilməsinə dəstək verəcəyini deməsi çox şeydən xəbər verir.
- Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən loyal bəyanatlar səsləndirsə də, digər tərəfdən bu cür dekonstruktiv addımlar atılır. Bu nə ilə bağlıdır?
- Düzdür, onun yekun sülh müqaviləsinə hazır olduğunu deməyinə rəğmən, təxribatlar səngimir. Bu azmış kimi, ərazi iddiları irəli sürülür, Qarabağdakı ermənilər üçün hansısa “statusdan” danışılır. Çünki iqtidar orduya və cəmiyyətə nəzarət edə bilmir. Həmçinin Paşinyan əleyhinə olan qüvvələr, xüsusilə “Qarabağ klanı” “suyu bulandırmağa” çalışır. Dövlət faktiki olaraq idarəolunmaz vəziyyətdədir. Görünür, “bu xəmir hələ çox su aparacaq”. Ermənilər asanlıqla islah olana oxşamırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm