Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibət və davranışa görə minnətdarlıq ediblər
13:14 18.10.2020
Aktual
601
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov Ermənistan silahlı qüvvələrinin cari il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı başladığı hərbi əməliyyatlar zamanı yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri - 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandi müalicə aldıqları hospitalda baş çəkib.
Bu barədə Sherg.az-a Dövlət Komissiyasından bildirilib.
Başçəkmə zamanı Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanıb.
Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirib, minnətdarlıq ifadə ediblər.
Beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başcəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilmişdir. Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılıb.
Ermənistan hərbçiləri başçəkməyə, xüsusilə də ailə üzvləri ilə yaradılmış telefon əlaqəsinə görə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya