Ətrafda uşaqlar var: İt saxlayanlar ehtiyatlı olmalıdır
Məlahət Rzayeva
09:50 22.05.2020
Aktual
964
"Heyvanı vaxtlı-vaxtında həkim müayinəsindən keçirməli, lazımı müalicə-profilaktika işlərini həyata keçirməlidirlər. Bu məsələ rayon icra hakimiyyətlərinin, kommunal idarələrin diqqətində olmalıdır"
Sahibsiz itlər azyaşlılara hücum edib. Hadisə Xaçmaz rayonunda baş verib. Rayonun Çarxı kənd sakini, 8 yaşlı Qədirli Vüqar Mehdi oğlu, Müşkür kənd sakini Fərzəliyev Ceyhun Nizami oğlu və Qımılqışlaq kənd sakini, 6 yaşlı Mahmudov Seyid Sahib oğlu sahibsiz itlərin hücumu nəticəsində ağır xəsarət alıblar.
Hər 3 uşaq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda onların müalicəsi davam etdirilir.
Oxşar hadisələr təkcə bölgələrdə deyil, şəhərlərdə, o cümlədən paytaxtda da baş verir. Bəzən küçələrdə, məhəllə arası yollarda sahibsiz itlərin dolaşdığını görürük. Əlbəttə, bu, ətrafda yaşayanlar üçün real təhlükədir. Bu məsələ communal təsərrüfatı idarələrinin daim diqqətində olmalı, sahibsiz itlər ərazilərdən vaxtaşırı toplanmalı, ya xüsusi sığınacaqlara yerləşdirilməli, ya da peyvənd edilib təkrar təbiətə buraxılmalıdır. Son zamanlar küçələrdə, yol kənarlarında qulağında “çip” olan heyvanlara da rast gəlinir. Bu, həmin heyvanların quduzluğa qarşı peyvənd edildiyi və artıq insane sağlamlığı üçün təhlükə törətmədiyi deməkdir. Amma təəssüf ki, nəzarətsiz, heç bir peyvəndləmə işi aparılmamış sərbəst dolaşan it sürülərinin də şahidi oluruq. Belələri əlbəttə ki, təhlükəlidir.
Evsiz Heyvanların Müdafiəsi Birliyinin sədri Leyla Əlizadə “Şərq”ə açıqlamasında sahibsiz itlərin azyaşlılara hücumunun ürəkağrıdan hadisə olduğunu dedi, eyni zamanda qeyd etdi ki, günah təkcə itlərdə deyil:
- Belə hadisələr bəzən insanlarda küçə heyvanlarına qarşı aqressiyanı gücləndirir. Hətta küçə heyvanlarına, sahibsiz itlərə qarşı zorakılıq edənlərə haqq da qazandıranlar da olur. Bu mənada ki, sahibsiz it insanlara, uşaqlara hücum etməkdənsə, biz onları zərərsizləşdiririk”. Amma bu “zərərsizləşdirmə”, təəssüf ki, zorakılıq, heyvanlara işgəncə verməklə olur. Halbuki, küçə heyvanları da öz həyatlarını yaşayır. Və onların insanlara hücum etməsində insanlar özləri də günahkardır. Əvvəla, ərazilər üzrə kommunal təsərrüfatı idarələri məsələni daim diqqətdə saxlamalıdır. Ərazidə mütəmadi təmizləmə və sanitar işləri aparmalıdırlar. Sahibsiz heyvanlar toplanıb aidiyyəti üzrə təhvil verilməlidir. Küçə itləri quduzluğa, mikroblara qarşı peyvənd edilsə, artıq onlar təhlükə daşımayacaq. Sizə deyim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə fəaliyyət göstərən “İdeya” təşkilatı, həmçinin “Toplan” müəssisəsi sahibsiz itlər, küçə heyvanlarının toplanması, müalicəsi ilə məşğuldur. Şəxsən mən son zamanlar küçələrdə çox az sayda it və ya pişik görürəm. Bu təşkilatlarsahibsiz heyvanlara sahib çıxır. Peyvənd olunub küçəyə buraxılmış heyvanları da çox görürəm. Qulaqlarında “çip”ləri (heyvanın təhlükəsizliyini bildirən xüsusi nişan) olur. Bu, çox yaxşı haldır. Qaldı ki, itlərin insanlara, uşaqlara hücum etməyinə, birincisi, valideynlər uşaqlarını nəzarətsiz qoymamalıdır. Nə olsun ki, rayon yeridir, kənddir. Həyətində it saxlayanlar da, heyvanı vaxtlı-vaxtında həkim müayinəsindən keçirməli, lazımı müalicə-profilaktika işlərini həyata keçirməlidirlər. Bu məsələ rayon icra hakimiyyətlərinin, kommunal idarələrin diqqətində olmalıdır.
L.Əlizadə qeyd etdi ki, küçə itləri heç vaxt səbəbsiz halda insanlara hücum etmir:
- Aqressiya, insanlardan özlərinə qarşı qəddarlıq, qeyri-dost münasibət hiss etdikdə, heyvanlar da aqressivləşir. Onlarda özünümüdafiə instinkti hərəkətə gəlir və onlar insanlara hücum edirlər. Əgər insane küçə itinin yanındabn sakitcə ötüb keçirsə, heç vaxt it insana hücum etməz. Amma çox vaxt görürük ki, insanlar itləri daşlayır, səbəb olmadığı halda heyvanlarla qəddarcasına davranırlar. Bu da heyvanların eyni cavabı verməsinə səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm