FHN-in növbəti qrupu Türkiyəyə yola düşüb
16:54 31.07.2021
Aktual
460
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşüb.
APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, ötən gün yola düşən ilk dəstə hazırda Marmaris vilayətindən 11 km məsafədə yanğınların söndürülməsində iştirak edir: "Hazırda isə ikinci yardım karvanı qardaş ölkəyə göndərilir. Karvanda 5-i xüsusi riskli xilasetmə xidmətinin avtomobili olmaqla 53 texnika və Dövlət Yanğından Mühafizə xidmətinin texnikası yer alır. Sabah səhər isə 1 helikopter hadisə yerinə yola düşəcək. Yardım karvanı iki gündən sonra əraziyə çatacaq. Yol boyu FHN-in təcili-tibbi yardım avtomobilləri də yardım karvanını müşahidə edəcək."Nazir müavini bəzi ölkə mediasında qardaş ölkədə baş verən yanğınlarla bağlı xoşagəlməz məlumatlar yayılması ilə bağlı xəbərlərə də aydınlıq gətirib. E.Mirzəyev bildirib ki, meşə yanğınları adi yanğınlara bənzəmir:" Orada havanın temperaturu 40-45 dərəcədir. Dağlıq zonada uca şam ağacları ilə əhatə olunan yanğınların söndürülməsi o qədər də asan deyil. Buna baxmayaraq Türkiyəli mütəxəssislər bizim mütəxəssislərlə birlikdə yanğının qarşısının alınması üçün mübarizə aparırlar."
E.Mirzəyev azərbaycanlı jurnalistləri yanğının gur olan yerlərinə getməməyə çağırıb.
Nazir müavini Fövqəladə Hallar Nazirliyinin qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirəcəyini qeyd edib: "Yaşasın Türkiyə-Azərbaycan dostluğu!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm