
"Fransanın Azərbaycana hüquqdan "dərs keçməsi" mənəviyyatsızlıqdır" - RƏY
"Fransanın Azərbaycana hüquqdan "dərs keçməsi" mənəviyyatsızlıqdır" - RƏY
13:17 16.11.2023
Aktual
580
"Yaxşı olar ki, Fransa daxildəki problemləri həll etsin, işğal etdiyi ərazilərdə xalqlara azadlıq versin"
Fransa İkinci Dünya Müharibəsindən sonra tarixdə ən böyük antisemitizm dalğası ilə üzləşib. Fransanın "Milli Assosiasiya" Partiyasından olan deputat Jan Filip Tanqii BFMTV-nin efirində ölkədə son bir ayda baş verən antisemitizm aktlarını şərh edərkən deyib. O qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra son bir ay ərzində respublikada antisemitizm nümayişlərinin sayı demək olar ki, 1,2 min təşkil edib.
Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmaninin Senatda keçirilən dinləmələrdə dediyi kimi, bu, bütün 2022-ci illə müqayisədə üç dəfə çoxdur. Söhbət həm vandalizm aktlarından, həm də ayrı-ayrı şəxslərə hücumlardan gedir. Bu cür hərəkətlərə görə 500-dən çox şəxs, o cümlədən əcnəbilər və Fransada qeyri-qanuni yaşayanlar saxlanılıb. Qeyd olunub ki, Fransada son bir ayda antisemitizm aktlarının sayı demək olar ki, 1100-ə çatıb və 490-dan çox insan saxlanılıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, Fransa demokratiyadan, insan haqlarından danışmamalıdır. Ekspertin sözlərinə görə, müasir dövrdə hələ də koloniyaların saxlanmasında maraqlı olan, bir çox xalqların azadlıq hərəkatının qarşısını alan, öz doğma dillərində danışıqlarına qadağa qoyan, insanlığa zidd hərəkətləri tətbiq edən Fransanın insan haqları və demokratiyadan danışmağa haqqı yoxdur:
"Avropanın mərkəzində olan bir ölkənin hazırkı siyasəti antidemokratik və xalqların hüquqlarının pozulmasına yönələn, eyni zamanda işğalçını dəstəkləyən istiqamətdədir. Bu cür siyasət Fransanın indiki hakimiyyətinə heç vaxt baş ucalığı gətirməyəcək. Bugünlərdə Fransanın Ermənistana hərbi texnika göndərməsi də işğala dəstək verməkdir. Bu, Cənubi Qafqazda sülh prosesinin bərqərar olmasına maneçilik törədilməsindən başqa bir şey deyil. Avropa İttifaqında Nazirlər Komitəsinin toplantısı keçirilir və Azərbaycan olmadan ölkəmizdəki məsələlər müzakirəyə çıxarılır. Buna nə ad vermək olar? Ən azından Azərbaycan tərəfinin nümayəndəsi orada iştirak etməliydi. Bunün özü göstərir ki, Avropada artıq demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına üstünlük verilmir. Fransa bunun başında duran ölkələrdən biridir. Fransanın daxilində müəyyən irqi ayrı-seçkiliyin, antisemitizmin vüsət alması göstərir ki, Fransanın daxilində çox ciddi problemlər var. Öz ölkəsini idarə edə bilməyənlər minlərlə kilometr kənarda bəzi dövlətlərə insan hüquq və azadlıqlarından dərs keçməklə özlərini "demokrat" kimi göstərmək istəyirlər".
Hüquq müdafiəçisi bəyan edib ki, Yaxın Şərqdəki hadisələrdən sonra daha çox ərəb ölkələrində antisemitizmlə bağlı tədbirlərin keçirilməsi gözlənilən idi:
"Antisemitizmin Fransanın mərkəzində olması göstərir ki, bu ölkənin daxilində çox ciddi nizam-intizamsızlıq var. Fransada hüquq normal qaydada işləmir. Əgər işləsəydi, belə meyillər vaxtında zərərsizləşdirilə bilərdi. Stabil olmayan bir ölkədə onun siyasi liderlərinin apardığı siyasət də yanlış olur. Bir daha vurğulayıram, öz daxilində neqativ halları, irqçiliyi, qanunsuzluqları görməyən Fransanın Azərbaycana, digər dövlətlərə hüquqdan "dərs keçməsi" mənəviyyatsızlıqdır. Yaxşı olar ki, Fransa daxildəki problemləri həll etsin, işğal etdiyi ərazilərdə xalqlara azadlıq versin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə