Fuad Abbasov: “Sülhməramlılar Azərbaycanı qıcıqlandırır” – Nəvbəti təxribat!
Fuad Abbasov: “Sülhməramlılar Azərbaycanı qıcıqlandırır” – Nəvbəti təxribat!
Yusif Nəzərli
10:28 22.07.2022
Aktual
865
Caliber.Az Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının Azərbaycanın Qarabağ bölgəsinin Laçın dəhlizində nə işlə məşğul olduğunu əks etdirən eksklüziv görüntülər əldə edib. Belə ki, rusiyalı hərbçilər 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qarıkaha kəndində birmərtəbəli yaşayış binasının dam örtüyünü söküblər.
Eyni zamanda, onlar təkcə şiferə deyil, həm də taxta konstruksiyalara göz dikərək, bu materialları üzərində Rusiya bayrağı və “SK” (sülhməramlı kontingent) yazısı olan KAMAZ-a yükləyiblər.
Bu faktla bağlı bir neçə sual yaranır. Rusiya sülhməramlılarının məqsədləri nədən ibarətdir? Niyə onlar birbaşa vəzifələrini yerinə yetirmək əvəzinə, əvvəllər işğal olunmuş ərazilərdə sözün həqiqi mənasında daşı-daş üstündə qoymayan həmin Qarabağ separatçıları kimi davranırlar?
Sualları “Sherg.az” üçün cavablandıran tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, sülhməramlıların apardığı bütün fəaliyyətlər Azərbaycanın həm Silahlı Qüvvələrini, həm Xarici İşlər Nazirliyini, həm də Müdafiə Nazirliyini qıcıqlandırmaq yönündədir:
“İnanmıram ki, orada sülhməramlıların şiferə və ya taxtaya ehtiyacı olsun. Sadəcə olaraq, onlar bu hərəkətləri ilə Azərbaycanı, eləcə də siyasi rəhbərliyi bu və ya digər addımları atmaq üçün qıcıqlandırırlar. Buna başqa ad verə bilmirəm. Çünki ermənilərin 30 il boyunca sökdürdüyü inşaat materiallarına rusların da ehtiyacı olduğuna heç inanmıram. Ola bilsin ki, bu əvvəlcədən planlaşdırılmış bir təxribatdır. Azərbaycan tərəfindən ciddi reaksiya verilməsinə hesablanan addım idi. Bu da baş vermədi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm