
Gürcüstanın Baş prokuroru Azərbaycanda! – “Gələcək inkişafa böyük təkan...”
Yusif Nəzərli
14:29 15.07.2022
Aktual
473
Dünən Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.Səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə baş tutub.
Bildirilib ki, iyulun 14-də Baş Prokurorluqda görüş keçirilib. Görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçılarının birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, dərin tarixə və mədəni köklərə söykənən ikitərəfli münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.
Nazirlər kabinetinin yaydığı məlumata əsasən.İrakli Şotadze bu gün Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb.
Bildirilib ki,görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.
İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.

Səfərin hər iki ölkənin əlaqələri üçün əhəmiyyətli olduğunu deyən Qeyri-Hökumət Təşkilatları Formunun (MQF) prezidenti Rauf Zeyni "Sherg.az"a bildirib ki, regiondakı işğalçı ölkəni neytrallaşdırmaq üçün hər iki dövlət böyük əhəmiyyat daşıyır:
"Gürcüstan və Azərbaycan Cənubi Qafqazda iki qonşu dövlət kimi və strateji mövqedən biri-birinə çox yaxındır. Regiondakı sülhün sabitliyin qorunması üçün bizim qarşılıqlı dəstəyimiz çox vacibdir. Çünki bu gün üçüncü Cənubi Qafqaz ölkəsi olan Ermənistan hələ də,işğalçı siyasətindən əl çəkmir.Gələcəkdə Zəngəzur dəhlizi də daxil olmaqla Cənubi Qafqazdan dünyanın logistika sisteminin qurulması bu iki ölkənin təşəbbüsü ilə reallaşacaq. Bugünkü səfər də, iki ölkə arasındakı siyasi,ictimai, mədəni və iqtisadi baxımdan gələcəkdəki əlaqələrin inkişafından xəbər verir. Xatırladım ki, Gürcüstan 44 günlük müharibə zamanı da,Azərbaycana dəstək verib. Ermənistana gedəcək silahları sərhəddindən buraxmayaraq çox böyük xidmət göstərib. Bütün bu hallar Azərbaycan xalqı və ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar o deməkdir ki, Azərbaycan vətəndaşı cəmiyyəti ilə Gürcüstan vətəndaş cəmiyyəti daha sıx əməkdaşlıq etməlidir. Düşünürəm ki, bu hallar Azərbaycan və Gürcüstanın gələcək inkişafına böyük təkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region