Heç çörək yeməyənlər depressiyaya düşürlər
Məlahət Rzayeva
12:25 07.06.2020
Aktual
1342
Qaydasında qəbul edildikdə xeyirsiz qida yoxdur
2 günlük “Evdə qalın” yasağı əhalinin koronavirusdan qorunması üçün elan edildi.
Amma “koronavirusdan qorunarkən çörək yeməkdən xəstə olacağıq” düşüncəsi ilə 2 günlük çörək ehtiyatı tutanları qınayanlar da var. Böyük ehtimalla bu yanaşma cümə günü marketlərdə yaşanan çörək “bumu” ilə bağlıdır. Məlumdur ki, cümə günü əhalinin böyük qismi qarşıdakı 2 gün üçün çörək ehtiyatı gördü və gündəlik - hər zamankı istifadədən daha çox çörək aldılar.
Sosial şəbəkə istifadəçilərindən biri məhz bu mənzərədən çıxış edərək un məmulatlarının, xüsusən də çörəyin ziyanlarından yazlıb: (Sevil Allahverdiyeva)
-Çörəyin orqanizmə heç bir faydası yox, amma bolluca ziyanı var!
Niyə bu camaat çörək yeyir anlamıram. Çörək karbohidratdır, glutendir, gluten də ziyandır. Beyin alışqanlığıdır- guya çörəksiz yaşaya bilməz insan. Mədənizi glutensiz qidalarla, ərzaqlarla doldurun ki, sağlam olasız! Tərəvəzlərlə, yaşıllıqlarla bəslənin. İnsanı tox tutan yerkökü, paxlalılarla qidalanın ki, metobalizmanız işləsin. Ürək həkimindən tutmuş, dietoloqa qədər hamı, sağlam adam olsa belə un məhsullarından uzaq durmağı məsləhət edir.
Feysbuk istifadəçisi yazır ki, 5 ildir nə çörək, nə lavaş, nə makaron yeyir:
-Və ömrümün 30 ildən çoxunu da çörək yediyim üçün təəsssüf hissi keçirirəm. Çörəyin "vacibliyi" bu qədər şişirdildiyindən 2 gün evdə qalacaqlar, marketlər bağlı olacaq deyə camaat, bu ziyanlı qida üçün marketlərdə bir birini əzir... Müasir zamanda buğda un məhsullarının oqranizmdə şəkərə çevrilməsini tibb mütəxəssisi olmayan şəxs də belə bilir. Bu, orqanizmdə adi prosesdi; buğda, un məhsulları - yəni karbuhidrat şəkərə çevrilməklə qanda şəkərin miqdarının artmaslna səbəbdir, həm də qan damarlarını tıxayir, bədəndə toplanır. Buna görə də çörək ziyanlı qidadır. Çörəkdən müharibələrdə çox istifadə edilib. Müharibədə sağlıqlı qidalar tapılmırdısa çörəklə camaatı ayaqda saxlayırdılar. İndiki pandemiyada makaron, un məhsullarıyla camaat çölə çıxmayaraq tox qala bilir. Məsələn, mən çörək ehtiyatımı " LOBYADAN ÇÖRƏK" bişirərək ödəyirəm. Lobyalı çörək, qarabaşaq çörəyini ev şəraitindən özüm bişirməklə sağlam və gümrah qalıram.
Gulhuseyn Kazimov adlı istifadəçi isə belə cavab yazıb:
-Qara ciyər çörəklə qidalanır. Namiq Abdullayev var idi, fantast yazıçı, o həmişə bu sözü deyərdi.
Bəhriyyə Seyidova isə çörəksizliyin depressiyaya səbəb olduğunu xatırladıb:
- Bir qadın var idi, daima depressiyada olurdu. Həkim müayinəsində məlum olub ki, qadın heç çörək yemir. Hər şeyi çörəksiz. Və həkim məsləhət görüb ki, az miqdar da olsa hər gün mütləq çörək yeməlidir. Çörəkdəki müəyyən elementlərin əsəb sisteminə xeyiri var. Yəni ki qaydasında qəbul edildikdə xeyirsiz qida yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm