Hədəfdə hava limanlarıdır
05:00 31.07.2021
Aktual
615
"Taliban"a böyük şəhərləri ələ keçirmək hava və su kimi lazımdır
"Taliban" hərəkatı Əfqanıstanda vəziyyəti gərginləşdirməkdə davam edir. Son rəsmi məlumatlara görə, yaraqlılar ən çox ölkənin şimal bölgələrində, Tacikistan və Türkmənistan sərhədləri yaxınlığında aktiv fəaliyyət göstərir. Bu ərazilərdə Əfqanıstan Təhlükəsizlik Qüvvələri cavab tədbirləri kimi aviasiya ilə hərbi əməliyyatlar həyata keçirirlər. Son iki ay ərzində baş tutan döyüşlərdə "Taliban" ölkədə daha çox ərazini zəbt edə bilib, nəinki 20 il ərzində ola.
Qanunsuz silahlı birləşmələr xüsusilə Herat, Qəndəhar və Qunduz kimi böyük şəhərləri ələ keçirmək üçün mübarizə aparır. Eyni zamanda, “Taliban”ın əsas qüvvələri artıq ölkənin paytaxtına yaxınlaşa bilib. Həmçinin, "Taliban" liderləri Əfqanıstanın Hindistan və Çinlə olan sərhədlərinə tam nəzarət etdiklərini açıqladılar. Bu fakt hazırda Hindistan və Çin hökumətlərini xüsusilə narahat edir.
BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə hazırda Əfqanıstanda baş verən prosesləri şərh edib. O, açıqlamasında bir çox məqamlara da aydınlıq gətirib:
"Taliban"ın Çin və Hindistan sərhədini ələ keçirməsi, digər sərhəd ərazilərin də nəzarətə götürülməsi kimi eyni mahiyyət daşıyır. Yəni "Taliban"ın əsas məqsədi bütün Əfqanıstan sərhədinə, hətta bütün Əfqanıstana sahib olmaqdır. Əfqanıstan ərazisi uzun bir dar Vakhan vadisi ilə Çinə doğru uzanır. Və Çinin müsəlman uyğur türkləri yaşayan Sinsyan əyaləti ilə sərhəddir.
Eyni zamanda, Amerika Əfqanıstandan çıxmamışdan əvvəl Suriyada fəaliyyət göstərən, dünyada terror təşkilatı kimi qeydə alınan, amma 2020-ci ildə Trampın qərarı ilə terrorçu siyahısından çıxarılan "Türküstan İslami Hərəkatı" adlı milis qrupunun üç mindən çox üzvünü bu əraziyə gətirib. Bu, təbii ki, Çini narahat edəcək.
Bu qruplaşmanın Çinə qarşı istifadə ediləcəyi şübhəsizdir. Hindistan da "Taliban"ın Pakistanla olan əlaqəsindən xəbərdardır və "Taliban"ın onların da təhlükəsizliyinə təhlükə yaradacağından çəkinirlər. Hesab edirəm ki, Pakistan "Taliban"la əlaqələrindən Hindistanın Cammu Kəşmirdəki ərazi probleminin həllində təzyiq kimi istifadə edəcək".
A.Qasımov "Taliban"ın İran sərhədindəki Herat şəhəri, Pakistanın sərhədindəki Qəndahar kimi böyük şəhərləri ələ keçirmək üçün mübarizə aparmasını bu şəhərlərdə olan hava limanlarına nəzarət məqsədilə edildiyi qənaətindədir:
"Bu şəhərlərdə hava limanları var. Bu limanlar mövcudluğunu narkotik və silah alveri ilə təmin edən "Taliban" üçün hava-su kimi lazımdır. Qunduz şəhəri isə Tacikistanla sərhəd olmaqla yanaşı "Taliban"ın Əfqanıstandakı əsas rəqibi olan türkmənlərin yaşadığı Məzari-Şərif şəhərinə yaxındır. Hesab edirəm ki, taliblər Qunduzda möhkəmlənməklə Məzari-Şərif və türkmənlərin lideri general Rəşid Dostumun dəstələrinə hücum üçün mövqe əldə etməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq