Həkim vətəndaşları dezinfeksiyaedici məhlullarla ehtiyatlı davranmağa çağırır
Məlahət Rzayeva
16:57 07.04.2020
Aktual
1277
Virusla mübarizə günlərində xüsusən xanımlar mənzilin, geyim, ev və mətbəx əşyalarının təmizliyinə, dezinfeksiya işlərinə xüsusi diqqət etməyə başlayıb.
Aşırı həssaslıq isə bəzən mənfi nəticələrə gətirib çıxarır.
Bu günlərdə paytaxt sakinlərindən biri mənzili təmizləmək üçün xlorlu suya sirkə turşusu da əlavə edib. Evin təmizliyini deyə bilmərik, amma xanlm özü qarışıq məhlulun qoxusundan zəhərlənib. Təcili Yardım çağırılıb və qadına tibbi yardım göstərilib.
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq.az”a açıqlamasında bunun xlor-üzvi birləşmələrlə zəhərlənmə olduğunu dedi:
-Ev şəraitində belə məhlullar düzəldib istifadə etmək təhlükəlidir. Çünki mütəxəssis olmayanlar hansı məhluldan necə istifadə edilməsini bilmir. Satış yerlərində, ixtisaslaşmış mağazalarda satılan məhlulların qablaşmasında istifadəsinə dair göstərici, qeydlər olur. Alıcı onlara uyğun davranır. Amma ev şəraitində dezinfeksiyaedici məhlul düzəldib istifadə etmək ağır fəsadlara yol aça bilər. Xüsusən də əgər insanın hansısa kimyəvi maddəyə allergiyası varsa, əlbəttə, allergik reksiya verəcək. Yəqin ki, dediyiniz bu halda da məhluldan inqalyasiyon zəhərlənmə baş verib – nəfəs yolları zəhərlənib. Belə zəhərlənmələr zamanı başgicəllənməsi, ürəkbulanma qusma kimi hallar müşahidə edilə bilir. Mütləq təcili tibbi yardın çğırılmalıdır və həkimin məsləhəti olarsa, vətəndaş Toksikologiya şöbəsinə yerləşdirilməlidir, qanın tərkibində zəhərin miqdarı müəyyənləşməlidir, lazımı müalicə kursu keçilməlidir.
Ş.Məmmədov koronavirusla mübarizə aparılan günlərdə vətəndaşları dezinfeksiyaedici məhlullarla ehtiyatlı davranmağa çağırdı:
- Mağazalarda, marketlərdə xüsus dezinfeksiyaedici məhlullar, spreylər satılır. Yaxşı olar ki, “özfəaliyyət”ləru bir kınara qoyaq və xüsusi vasitələrdn istifadə edək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə