“Ermənistan baza prinsiplərini qəbul etmir və Qarabağın “müstəqilliyində” israrlıdır. Belə olan təqdirdə danışıqlar Azərbaycanı uzunmüddətli atəskəsə məcbur etmək üçün bir plandır. Hərbi əməliyyatların həlledici vaxtında Azərbaycanın əməliyyatları dayandırması mümkün görünmür. Ərazilərin işğaldan azad edilməsi davam edəcək. Türkiyə faktoru ortadadır və üçüncü müdaxilələr neytrallaşdırılacaq”.
Hər gün atəşkəsi pozurlar
Turan
12:48 27.10.2020
Aktual
697
Ermənistan onu qorumağa çalışan dünya güclərini məyus edir
Hərbi əməliyyatların həlledici vaxtında Azərbaycanın əməliyyatları dayandırması mümkün görünmür. Ərazilərin işğaldan azad edilməsi davam edəcək
Azərbaycanla Ermənistan arasında yeni “humanitar atəşkəs” barədə razılıq əldə edilib. ABŞ, Azərbaycan və Ermənistanın birgə bəyanatına əsasən, “atəşkəs” 26 oktyabr saat 7-00-dan qüvvəyə minib. Məlum olduğu kimi oktyabrın 24-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqenlə görüşüblər. Görüşdə tərəflər ölkələrinin humanitar atəşkəsə əməl edilməsi ilə bağlı oktyabrın 10-da Moskvada əldə edilmiş razılaşmaya sadiq olduqlarını təsdiqləyiblər. Əldə olunan humanitar atəşkəslə bağlı Prezident Donald Tramp öz “Facebook” səhifəsində Azərbaycan və Ermənistan liderlərini təbrik edib.
“Çoxlu həyatlar xilas ediləcək” deyən Tramp razılığa vasitəçilik etmiş dövlət katibi Mayk Pompeo və onun müavini ilə fəxr etdiyini söyləyib. Lakin gözlənildiyi kimi Trampın “sevinci” çox çəkməyib. Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verildikdən dərhal sonra erməni silahlıları Laçın rayonu istiqamətində mövqelərimizi artilleriyadan atəşə tutublar. Həmçinin, Tərtər, Gədəbəy, Tovuz və Daşkəsən rayonları da atəşə məruz qalıb. Xatırladaq ki, 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin mülki əhalisini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi kobud şəkildə pozub. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan humanitar atəşkəsi sözdə dəstəkləyir. Əməldə isə Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutaraq, itirdiyi mövqeləri yenidən ələ keçirməyə cəhd göstərir.
Növbəti mənasız “atəşkəs” anlaşmasını “Şərq”ə dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan humanitar atəskəs aktiv döyüş əməliyyatlarının aparılmasını istisna edir. Bir neçə saatlıq qüvvədə olan humanitar atəşkəs həlledici deyil və Ermənistan tərəfi ilk dəqiqələrdən atəşkəsi pozur. Analitikin fikrincə, Ermənistan tərəfi humanitar atəskəsdən istifadə edərək, toparlanmaq və Azərbaycan bölmələrinə qarşı diversiya və hücumlar təşkil edir:
“Ümumiyyətlə, işğal olunmuş ərazilərdə Ermənistan qoşunları ilə yanaşı, Qarabağda terrorçu Arayik Arutyunyanin başçılığı ilə terrorçu qruplar var. İlk növbədə Ermənistan özü sərhəddə atəşkəsə əməl etməlidir.
Azərbaycan tərəfi buna əməl edir. Amma Qarabağda Arutyunyanın terrorçuları bu atəskəsə əməl etmir. Ona görə də belə bir atəskəsin qüvvədə qalması mümkün deyil.
Dövlət başçısı İlham Əliyev də proseslərin sürətlənməsini və tez vaxtda ərazilərin işğaldan azad edilməsini vurğuladı. Atəskəsə bizi çağıranlar birtərəfli, yalnız Ermənistanın maraqlarından çıxış edir. Trampın atəşkəs çağırışıına gəldikdə isə bu, sadəcə imitasiyadır və erməni seçicilərinin dəstəyinə hesablanıb”.
Siyasi şərhçi bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ayın 29-da baza prinsipləri üzrə danışıqlara başlamaq üçün Cenevrədə bir araya gələcəklər:
“Ermənistan baza prinsiplərini qəbul etmir və Qarabağın “müstəqilliyində” israrlıdır. Belə olan təqdirdə danışıqlar Azərbaycanı uzunmüddətli atəskəsə məcbur etmək üçün bir plandır. Hərbi əməliyyatların həlledici vaxtında Azərbaycanın əməliyyatları dayandırması mümkün görünmür. Ərazilərin işğaldan azad edilməsi davam edəcək. Türkiyə faktoru ortadadır və üçüncü müdaxilələr neytrallaşdırılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya