
İcra başçıları xalqa xidmət etməlidirlər, vəssalam!
Yusif Nəzərli
12:28 25.07.2022
Aktual
658
İcra hakmiyyəti orqanlarında səmərəliliyinin artırılması diqqət mərkəzindədir. Bu qurumların fəaliyyətində operativliyin və şəffaflığın təmini məqsədilə bir çox tədbirlər həyata keçirilir. Bu xüsusda Prezident İlham Əliyev Göygöl, Masallı və Lerik rayonuna yeni icra başçıları təyin edib.
Elvin Nazim oğlu Paşayev Göygölün, Əkbər Bəxtiyar oğlu Abbasov Lerikin, Araz Süleyman oğlu Əhmədov isə Masallı RİH başçıları vəzifələrinə təyinat alıblar.
Həmçinin Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar görüş keçirib.
"Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik.
Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır", - İ.Əliyev söyləyib.
Yeni təyinatları "Sherg.az"a dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, icra başçıları millətin sözünü eşitməsə, etinasız yanaşsa, onları hansı cəzanın gözlədiyini başa düşməlidilər:
"İcra hakimiyyəti millətə uyğun davranış sərgilməlidir. İcra başçısı işi düzgün yerinə yetirməyəndə, prezidenti tənqid edirlər. Ona görə dövlət başçısı doğru addım atıb. İcra hakimiyyətlərinin yanında İctimai Şura yaradılıb. Onlar operativ işləməlidir. İcra düzgün addım atmayanda, Prezident aparatına yazmalıdılar".

Millət vəkili Aqil Abbas da vurğulayıb ki, icra başçıları xalqa xidmət etməlidirlər:
" İdarə, müəssisə, təşkilatlar icra başçılarına tabe deyillər. Nə qaz, nə su, nə elektrik idarəsi onların səlahiyyətlərinə daxildir. Hamısı mərkəzləşib. Onların torpaq vermək, bina tikmək hüququ da yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm