İran və Azərbaycan SES-lərin maliyyələşdirilməsi ilə bağlı sənəd imzalayıb
Yusif Nəzərli
10:28 14.07.2022
Aktual
458
İran və Azərbaycan arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.
“Report”un verdiyi məlumata görə, bunu Bakıda birgünlük səfərinin sonunda çıxış edən İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.
Onun sözlərinə görə, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları üzərində bəndlərin tikintisi üzrə işlər sürətləndiriləcək.
Mehrabian əlavə edib ki, İran-Azərbaycan əlaqələrinin mühüm məsələlərindən biri su ehtiyatlarını idarə edilməsi və su elektrik stansiyalarında elektrik enerjisinin əldə edilməsi üçün Araz sərhəd çayına birgə sərmayə qoymaqdır:
“Səfər zamanı çox yaxşı razılaşma əldə edilib və iki ölkə arasında mühüm sənəd imzalanıb. Bunun əsasında müvafiq maliyyələşmə ilə iki bəndin tikintisi sürətlənəcək. İki bənd 1,7 milyard kubmetr su saxlaya bilər və onlara bitişik tikilən su elektrik stansiyaları tərəfindən təxminən 300 meqavat elektrik enerjisi istehsal olunacaq”.
Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 meqavatdır. O cümlədən “Xudafərin” SES-in gücü 200 meqavat, “Qız Qalası” SES-in gücü isə 80 meqavatdir. Hər iki elektrik stansiyasının 716 milyon kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mliyon kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.
Xatırladaq ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və SES-lərin tikintisinə 1992-ci ildə başlanılıb. Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etdikdən sonra tikinti işləri dayanıb və yalnız 2016-cı ildə İranla əldə olunmuş razılığa əsasən bərpa edilib. Yeni sazişdə tikintinin davam etdirilməsi ilə yanaşı su ehtiyatlarından və elektrik enerjisindən birgə istifadə də öz əksini tapıb. Həmçinin, sazişdə “Xudafərin” körpüsünün birgə mühafizəsi də öz əksini tapıb.
Qeyd edək ki, SES-lərin tikintisinin 2-2,5 ilə yekunlaşdırılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət