"Biz də beynəlxalq hüquq qaydalarının bölgədə yerinə yetirilməsini tələb edirik. Ərazilərini qorumaq üçün apardığı haqq mübarizəsində Azərbaycanın yanında olduğumuzu bütün dünyaya bəyan edirik".
İstanbul "Türk Ocağı" başqanı: "Qarabağ Azərbaycan torpağıdır"
19:18 10.10.2020
Aktual
550
İstanbul "Türk Ocağı" başqanı Dr. Cezmi Bayram, Ermənistanının Azərbaycan ərazisindəki mülki əhaliyə hücumundan sonra qeyri-hökumət təşkilatlarının da qatıldığı "Qarabağ Azərbaycan torpağıdır" toplantısında türk və dünya ictimaiyyətinə müraciət edib.
"Ermənistan hücumunun səbəbi üçün tarixə baxılmalıdır"
İstanbul "Türk Ocağı" başqanı, ermənilərin Qarabağı işğal etməsinin səbəblərini araşdırmaq üçün tarixə qayıdıb. O, deyib ki, 1918-ci ildən bəri, xüsusilə bölgədə bir erməni dövləti qurulduqdan sonra, Rusiyanın, ABŞ-ın və ingilislərin dəstəyi ilə əhalisinin əksəriyyətinin türklər olan keçmiş İrəvan xanlığının ərazisində ermənilərin süni şəkildə məskunlaşdırıldığını söyləyərək bu fakta baxmağın kifayət olduğunu söyləyib. Beləliklə, ermənilərin davamlı olaraq Azərbaycan torpaqlarını işğal etmək üçün cəsarət aldıqlarını bildirib.
"Ermənistan terrorçu və işğalçı dövlətdir"
Dr. Cezmi Bayram deyib ki, toplu halında Azərbaycan torpaqlarına yerləşdirildikdən sonra ermənilər sürəkli işğala cəhd edib və bu hərəkətləri ilə özlərinin bir daha terrorçu və işğalçı dövlət olduqlarını sübut edib:
"Ermənistan Qərbin, xüsusilə Rusiyanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz ərazilərinə birləşdirmək, bu bölgəni türklərdən təmizləmək üçün hücumlara başlayıb. Azərbaycanlıların evlərini yandıran, mülki insanlarla amansız davranan, qadın və uşaqları qıran məhz Ermənistan olub".
"Ermənistan beynəlxalq hüququ pozur"
İstanbul "Türk Ocağı" başqanı bildirib ki, Ermənistan Avropa beynəlxalq hüquq konvensiyalarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarınıı və əlavə protokollarını, "Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması" konvensiyasında yazılmış müddəaları açıq şəkildə pozub. Dr. Cezmi Bayram sözlərinə belə davam edib:
"Ermənistan İnsan hüquqları və əsas azadlıqların təmin edilməsi haqqında 1950-ci il Avropa Konvensiyasını; "Hərbi qarşıdurmalar zamanı mədəni irsin qorunması haqqında" Haaqa konvensiyasını; "Qanunsuz Mədəni Sərvət haqqında" Paris konvensiyasını və Birləşmiş Millətlər Təşkilatının 1948-ci il tarixli "Təcavüz Konsepsiyası"nı pozub. Ermənistan Beynəlxalq hüququn nəzarətindən çıxaraq, 1993-cü ildə Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal altındakı Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasına dair qərarlara məhəl qoymadan işğal siyasətini davam etdirib.
"Qarabağ Azərbaycan torpağıdır"
Dr. Cezmi Bayram qeyd edib ki, Qarabağ Azərbaycan ərazisidir, bu fakt qəbul edilməlidir. Ermənistan dərhal bu torpaqlardan çəkilməlidir. Ermənistanın barışı və beynəlxalq hüququ təhdid etdiyini vurğulayan Cezmi Bayram, Azərbaycana qarşı hücumu sərt qınayıb və Ermənistanı hücumları dayandırmağa çağırıb.
Dr. Cezmi Bayram sonunda söyləyib ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinə riayət edərək Azərbaycan ərazilərini tərk etməlidir:
"Biz də beynəlxalq hüquq qaydalarının bölgədə yerinə yetirilməsini tələb edirik. Ərazilərini qorumaq üçün apardığı haqq mübarizəsində Azərbaycanın yanında olduğumuzu bütün dünyaya bəyan edirik".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya