"Kiminsə nəzarətə alınması hələ o şəxsin koronavirusa yoluxmuş olması demək deyil" - Pediatr
11:14 27.02.2020
Aktual
506
“Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlər barədə yayılan məlumatlar əhali arasında təşviş yaradır. Halbuki kiminsə nəzarət altına alınması hələ o şəxsin koronavirusa yoluxmuş olması demək deyil. Amma belə məlumatları yayırlar və bu da vətəndaşların narahtlığına səbəb olur”.
Bunu “Şərq”ə açıqlamasında perdiatr Vaqif Qarayev söyləyib. Həkim bildirir ki, koronavirus təhlükəsi ilə bağlı Azərbaycanda da xəstəxanalar xüsusi rejimdə çalışır:
-Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda 3 xəstəxana fəaliyyət göstərir; Kliniki Tibbi Mərkəz (bildiyimiz “Semaşko”), Ağ ciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq İnfeksion Xəstəxanası (“Montin” qəsəbəsində). Cəlilabadda isə ayrıca xəstəxana açılıb. Cənub bölgəsində şübhəli hesab edilənlər bu xəstəxanaya yerləşdirilir, karantin altına alınır. Koronavirus aşkarlanmadıqda bu şəxslər karantin müddəti bitdikdən sonra evə buraxılırlar. Koronavirus şübhəli şəxsləri başqa heç bir xəstəxana qəbul edə bilməz. Bu, təsdiqlənmiş qaydadır. Epidemiyanın bütün dünyada qəbul olunmuş qanunları var. Bütün dünya bu qanunlara riayət etməlidir. Şübhəli şəxslər mütləq 2 həftə karantinə alınmalıdır. Virus aşkarlandıqda müalicə davam edir, aşkarlanmırsa azad edilir. Baxıram, hər gün məlumatlar yazırlar “2 nəfər xəstəxanaya yerləşdirildi, 4 nəfər yerləşdirildi”... Virusa yoluxduğu təsdiqlənməyibsə, onlar xəstə deyillər. Bu adamlara xəstə demək olmaz. Belə məlumatların yayılmasından sarsıntı keçirən insanlar var. Onları düşünməliyik.
Qeyd edək ki, bu gün Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, səhər saat 10.00 üçün Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət