Koronavirusdan şübhələnib xəstəxanaya gəldi: Dərman olmadıqda həkimlərə öskürdü
05:35 01.02.2020
Aktual
460
Çinin Syaoqan şəhərinin sakini ona lazım olan dərmanları vermədikləri üçün həkimlərin üstünə qəsdən öskürüb. “AsiaOne” xəbər agentliyinin məlumatına əsasən, adam 2019-nCoV koronavirus epidemiyasının baş qaldırdığı qonşu Uxanda olub. Səfərdən sonra onun səhhəti pisləşib. Çinlinin temperaturu 39 dərəcəyədək yüksəlib və dörd gün ərzində düşməyib.
O, Syaoqan Mərkəzi Xəstəxanasına müraciət edib, lakin tövsiyə edilən müalicənin təsiri olmayıb. Çinli təkrar müayinə üçün başqa bir xəstəxanaya yollanıb. Resept üzrə dərman almağa çalışdıqda isə ona bitdiyi deyilib. Bundan sonra o, üzündəki qoruyucu maskasını çıxarıb həkimlərin üstünə öskürüb. Nəticədə ərazi dezinfeksiya edilib.
Bir qədər sonra çinli polis tərəfindən saxlanılıb. Lakin məlum olub ki, xəstə sadəcə adi soyuqdəymədən əziyyət çəkirmiş.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi