Kremlin “sülməramlı tələsi” :“Rusiyaya əbədi möhtac olarıq” - Razılaşmaq olmaz !
Banuçiçək Kalbalıyeva
12:05 15.10.2020
Aktual
967
“Həm də belə bir məsələ reallaşsa, bizim Dağlıq Qarabağı azad etmək imkanımız olmayacaq”
“Odur ki, heç bir halda rəsmi Moskvanın təklifi ilə razılaşmaq olmaz”
Rusiya hərbi hava qüvvələrini Ermənistana göndərir. Bu barədə rəhbəri erməni olan fransızdilli sayt "Armenews.com" yazıb. Yazıda qeyd olunur ki, sözügedən məlumatı "AVIA PRO" xəbər portalı yayıb. Məlumatda, həmçinin Moskvanın hərbi təyyarələrini aktiv şəkildə işğalçı Ermənistana daşıdığı bildirilir: "Məqsəd təcavüzkar ölkənin hava məkanındakı hərəkətlənməni izləməkdir. Məhz ona görə də son 24 saat ərzində Rusiyadan işğalçı Ermənistana böyük sayda hərbi təyyarə daşınıb".
Qeyd edək ki, təyyarələrin daşınmasında niyyətin "Ermənistanın hava məkanındakı hərəkətlənməni izləmək" olduğu iddia edilsə də, bəzi ekspertlər bunu imperialist Rusiyanın Ermənistanın hava məkanını qoruması kimi şərh edir.
Bu da o deməkdir ki, Kremlin forpostuna dəstəyi növbəti dəfə ifşa olundu. Siyasi analitik Turab Rzayev fransızdilli saytın yazdığı xəbər və onun fonunda baş verənlərlə bağlı “Sherg.az”ın suallarını cavablandırıb:
-Rusiyanın Ermənistana hərbi təyyarələr göndərməsini necə qiymətləndirirsiniz?
- Sadəcə absurrdur. Ermənistanın hava məkanındakı hərəkətlənməni izləmək üçün xüsusi təşəbbüsə nə ehtiyac var? Onsuz da nəinki Türkiyə və İranla quru sərhəddinə, bütünlüklə hava məkanına da ruslar nəzarət edir. Bu, faktdır. Əgər Ermənistan səmasında qırıcı və ya digər təhlükə olarsa, bunu məhz ruslar müəyyənləşdirəcək və zərərsizləşdirəcək.
- Deməli, həqiqətən də, Ermənistana silah daşınır?
- Əlbəttə. Bu, yeni xəbər deyil. Hələ iyul döyüşləri zamanı da belə bir faktın üstü açılmış və Azərbaycan prezidenti rusiyalı həmkarına narazılığını bildirmişdi. Ümumiyyətlə, xeyli vaxtdır ki, Qazaxıstan, Türkmənistan və İran vasitəsilə Rusiya Ermənistana silah daşıyır. Bu silahlanma hələ müharibədən əvvəl başlanmışdı. Amma son vaxtlar daha çox müşahidə olunur.
-Bu nə ilə bağlıdır?
-Sentyabr ayının 27-dən, yəni genişmiqyaslı hərbi əməliyyatların ilk günündən düşmən texnikasını məhv etməkdəyik. Beynəlxalq qurumların hesablamalarına görə, Ermənistan indiyədək 88 tank itirib. Cəmi 200 tankları var. Onlardan nə qədərinin işlək olması isə hələ sual altındadır. Üstəgəl, düşmənin 160-dan çox döyüş maşını, 30-a qədər PDM-i, PZM-i sıradan çıxarılıb. Yəni texnikasının yarısını itirib. Əlbəttə, belə vəziyyətdə işğalçıya təcili silah lazımdır. Quru yolla gətirilməsi çox olduğuna görə, ən ideal variant kimi məhz bu üsulu seçdilər. Rusiyadan Ermənistana bir gündə iyirmi reys həyata keçirilir. Əlbəttə, bu, normal deyil. Çünki Moskvadan dünyanın ən böyük ölkələrinə gün ərzində maksimum 10 reys olur. Ermənistanda rusları bu qədər cəlb edən nə ola bilər ki, koronavirusun tüğyan etdiyi vaxtda səfərə çıxsınlar. Mülki təyyarə ilə Ermənistana silah daşınması gün kimi aydındır. Bu isə beynəlxalq konvensiyalara ziddir. Həm də başqa təəccüblü məqamlar da var.
- Məsələn nə kimi?
- Eyni gündə həm Ermənistan xarici işlər nazirinin, həm də müavininin Rusiyaya səfəri qəribədir. Əgər nazir gedirsə, müavinə nə ehtiyac var?! Dediyim kimi, rəsmi şəxslərin VİP təyyarələri ilə silah daşınır. Hətta məndə olan məlumata görə, xarici işlər nazirinin müavininin təyyarəsində ən ağır raketlər olub. Və o, geri qayıtmaqdan imtina edib. Çox güman ki, qorxduğuna görə.
- Deməli, Kreml ikili oyun oynayır...
- Şübhəsiz. Heç bunu gizlətmir də. O, bu ikili oyunla regiona nəzarətini itirmək istəmir. Bir tərəfdən “moderatorluq” edir, digər tərəfdən isə Ermənistanın zəifləməsinə imkan vermir.
- Məqsəd nədir?
- Rəsmi Moskvanın istəyi bölgəyə sülhməramlı qoşunlar yerləşdirməkdir. Bu planının həyata keçməsi üçün tərəflərə təzyiq göstərir. Rusiya Ermənistanı güzəştə məcbur etməyə çalışır. Bilir ki, əks halda biz sülhməramlılar məsələsinə razı olmayacağıq. İkinci bir tərəfdən isə işğalçının zəifləməsini istəmir. Çünki Ermənistan “çöksə”, danışıqlar bizə maraqlı olmayacaq. Konkret desək, həm bizi, həm də Ermənistanı “şirnikləndirmək” niyyətindədir.
- Sülhməramlıların regiona yerləşdirilməsi tərəflər üçün nə deməkdir?
-Bu, bizim Rusiyaya əbədi möhtac olacağımız mənasını verir. Həm də belə bir məsələ reallaşsa, bizim Dağlıq Qarabağı azad etmək imkanımız olmayacaq. Odur ki, heç bir halda rəsmi Moskvanın təklifi ilə razılaşmaq olmaz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya