Leonid Slutski Azərbaycana təşəkkür edib
16:32 03.02.2020
Aktual
487
Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) verdiyi dəstək Rusiya üçün çox vacib idi. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsinin sədri Leonid Slutski "Rossiya seqodnya" BİA-da keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Dostlarımız, onların iştirakı, dəstəyi, birgə işimiz bizim üçün çox vacibdir. Azərbaycan nümayəndə heyətinə bir daha təşəkkür edirəm", - deyə Slutski Azərbaycanın AŞPA-da Rusiya ilə həmrəylik nümayiş etdirməsi ilə bağlı verilən sualı cavablandırarkən deyib.
Parlamentari qeyd edib ki, bu gün təkcə Rusiyanın ən yaxın qonşuları arasında deyil, "bir çox digər nümayəndə heyətlərində: serb, türk, italyan, fransız, alman və avstriyalılar arasında da Rusiya həqiqətlərini yaxşı başa düşən insanlar var".
Rusiyalı deputatın sözlərinə görə, "son illərdə Azərbaycan nümayəndə heyəti Parlament Assambleyasında çox ciddi hücumlara məruz qalıb".
"Azərbaycan, demək olar ki, bütün Assambleyanı korrupsiyaya uğratmağa cəhddə ittiham olunurdu. Bununla belə, təcrübəli siyasətçi Səməd Seyidovun başçılıq etdiyi, o qədər də böyük olmayan, lakin peşəkar Azərbaycan nümayəndə heyəti etimad böhranını dəf edə bildi. Parlament Assambleyası - Azərbaycan üçün də, bizim üçün də nə qədər əlverişsiz nə olursa-olsun - bu platformadan xarici siyasət xəttimizi Avropada tanıtmaq və əlbəttə ki, tamamilə əsassız ittihamları, ikili standartları aradan qaldırmaq üçün istifadə etməliyik", - deyə Slutski bəyan edib.
Yanvarın 27-dən 31-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tam heyətlə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasının yolverilməz olduğu barədə Rusiya bəyannaməsini dəstəkləyib. Eyni zamanda bu sənədi dəstəkləyənlər arasında Latviya, Litva, Estoniya, Ukrayna və Polşanın bir nəfər də olsun nümayəndəsi olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat