Lidiya Bradara: "Seçki prosesində qadınların sayının çoxluğu olduqca müsbət haldır"
15:33 09.02.2020
Aktual
472
"Bu gün Azərbaycanda səsvermə hüququ olanların əksəriyyəti parlament seçkilərində iştirak edir. Azərbaycan xalqı öz namizədlərinə səs verir. İnanıram ki, seçkilər uğurla başa çatacaq və 2020-ci il fevralın 9-u Azərbaycan xalqının tarixinə ən uğurlu günlərdən biri kimi yazılacaq".
Bu sözləri AZƏRTAC-a müsahibəsində 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermənin gedişini izləyən Bosniya və Herseqovina parlamentinin üzvü Lidiya Bradara deyib.
Deputat bildirib ki, saat 13:30-dək 6 seçki məntəqəsində səsvermənin gedişini izləyib və heç bir qayda pozuntusu ilə rastlaşmayıb.
Seçkilərin demokratik şəraitdə keçirildiyini diqqətə çatdıran beynəlxalq müşahidəçi seçki prosesində təşkilatçı və müşahidəçi qismində iştirak edən qadınların sayının çoxluğunu xüsusi vurğulayıb. Müşahidəçi qismində bir çox Avropa ölkələrində olduğunu deyən deputat Azərbaycanda seçki prosesində qadınların sayının çoxluğunu olduqca müsbət hal kimi dəyərləndirib.
Ölkəmizdə olmasından məmnunluğunu ifadə edən Bosniya və Herseqovina parlamentinin üzvü deyib: “Azərbaycana ilk dəfədir gəlirəm. Ölkəniz haqqında oxusam da, onu görməmişdim. Bakı çox müasir şəhərdir və Şərqlə Qərbin, keçmişlə müasirliyin əlamətlərini özündə birləşdirir. Ölkəniz haqqında təəssüratlarım zəngindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat