Maska və əlcəklər əhaliyə təmənnasız paylanmalıdır - Hamı eyni dərddən gileylənir
Məlahət Rzayeva
07:23 31.03.2020
Aktual
1043
İctimai xadim Azər Allahverənov apteklərdə maska çatışmazlığı ilə bağlı status paylaşıb. O yazır:
“Reyd keçirib vətəndaşlardan maska və əlçəyin istifadəsini tələb ediriksə, öncə apteklərdə bu vasitələrin satışını təmin etməliyik”.
A.Allahverənov statusuna bu cümlələri əlavə edib:
“Əsas niyyətimiz ümumi maraqlarımıza cavab verəcək yanaşmanın bərqərar olmasıdır. Məsələn, mən dünən bir neçə aptekdə oldum. Əksəriyyəti bir ağızdan dedi ki, neçə gündür maska almırıq. Yalnız depo dediyimiz aptekin ikisində dedilər ki, günə 50 maska almışıq ki, o da bizim personal gündəlik istifadəsi üçündür. Deməli, apteklərə maska təchizatını təmin etmək lazımdır. Bunun necə etmək olarsa, artıq onun üzərində aidiyyəti strukturlar düşünməlidir. Yəni əsl niyyətimiz yanaşmanın dəyişməsinə nail olmaqdır. Kimisə tənqid etmək yox... Xahiş edirəm, şərh yazarkən bu nüansa fikir verin. Dünyanı dəyişmək istəyiriksə, ilk əvvəl özümüzdən başlamalıyıq...
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduğolu da eyni mövzulu status paylaşaraq maska və əlcəklərin əhaliyə təmənnasız paylanmalı olduğunu yazıb:
“Təhlükənin real olduğu ölkələrdə maska və əlçək pulsuzdur. Bizdə isə tapılmır, tapanda da öz qiymətindən dəfələrə baha. Buna bir nəzarət olmalı deyilmi? Dövlət dəllalların qarşısını almaq üçün təhlükədən qorunmağın ilkin vasitələri ilə əhalini təmin etməlidir. Yəni, qeyd etdiyim kimi, əlçək, maska pulsuz olmalıdır.
Küçələr yuyulur, dezinfeksiya olunur, bu gün işə gələndə gördüm, “İnqilab” (keçmiş) küçəsində idilər, daha öncə mərkəzdə görmüşdüm. Bunlar çox yaxşı, amma mənzilləri döyüb 3 manat verin sizin bloku da dezinfeksiya edək, deyənləri cəzalandırmaq lazımdır. Rayonlar arası postlar yeni rüşvət mənbəyinə çevrilməli deyil. Dövlət bütün diqqətini xəstələnənlərə yönəldib. Xəstəliyin vüsət almasına imkan vermək istəmir. Bu əlbəttə təqdirəlayiq haldır. Bəs xəstələnməyənlər neçə yaşasınlar? Özəl təşkilatlar necə ayaq üstə durmalıdırlar? Aylıq aldığı maaşla yaşayan insanlar evdən çıxmasa aç qalacaq. Bunlara qayğı lazımdırmı?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət