MDB-dən Azərbaycandakı seçkilərlə bağlı hesabat
15:56 05.02.2020
Aktual
444
Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı aralıq hesabatını yayıb. Təşkilatdan verilən məlumata görə, MDB İcraiyyə Komitəsinin saytında dərc olunmuş hesabat 19 yanvar-3 fevral dövrünü əhatə edir.
Hesabata görə, monitorinq çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Bakı ilə yanaşı, 21 rayon və şəhərdə seçki kampaniyasını izləyiblər və bu qənaətə gəliblər ki, bu sayda namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açıq olduğunuı, ölkədə siyasi plüralizm və seçicilər üçün real seçim imkanının olduğunu göstərir.
Hesabatda deyilir ki, seçki komissiyaları seçkilərin qanunvericiliyə uyğun şəkildə təşkili üçün bütün lazımi tədbirləri görür. Deputatlığa namizədlərə və siyasi partiyalara təbliğat aparmaq üçün bərabər şərait yaradılıb, namizədlər və onların nümayəndələri seçicilərlə aktiv görüşləri davam etdirirlər.
Təbliğat kampaniyasının sakit keçdiyini deyən müşahidəçilər hesab edirlər ki, bu, keçirilən dövr ərzində hər hansı ciddi qanun pozuntusunun olmadığını göstərir.
Missiya MSK, Baş Pokurorluq, Ali Məhkəmə və DİN-ə müraciət edərək, seçki prosesinin pozulması ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər, onlara baxılmasının nəticələri haqda məlumat verməyi xahiş edib. Cavablar öyrənildikdən və ümumiləşdirildikdən sonra müvafiq məlumat Missiyanın yekun bəyanatında öz əksini tapacaq.
Hesabatda qeyd olunur ki, seçkilərdən sonrakı sənəddə missiya seçki kampaniyasının monitorinqinin nəticələri üzrə yekun rəyini açıqılayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat