"Məsuliyyət bizim üzərimizdədir"
Yusif Nəzərli
06:54 23.07.2022
Aktual
495
"Jurnalistikanın əsas prinsipləri dəyişməz qalır"
Yadigar Məmmədli: "Operativ xəbər vermək, reytinq yığmaq, İP-ni artırmaq üçün öz prinsiplərimizdən vaz keçməli deyilik"
“Başqa sahələrdən fərqli olaraq jurnalistika bilavasitə cəmiyyətlə iç-içə olan sahədir. Ona görə də Milli Mətbuat günü sadəcə jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin bayramıdır”. Bunu “Şərq”ə açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib. Y.Məmmədli bildirib ki, 147 il bundan öncə Həsən bəy Zərdabi deyirdi ki, “mətbuat cəmiyyətin aynasıdır”. Jurnalistin sözlərinə görə, bu tezis dəyişməyib və çox doğru təsbitdir: “Mətbuat cəmiyyətin aynası olmalı, düzü düz, əyrini əyri göstərməlidir.
Günümüzdə də bu funksiya jurnalistlər tərəfindən bu və ya digər formada təmin olunur. Mətbuatın qarşısındakı duran vəzifə təkcə xəbərin yayılması deyil. Həmçinin, cəmiyyətin məlumatlandırılması, maraqlarının ifadə olunmasıdır. Bəzən ucuz mətbuat orqanları şit, bayağı məlumatları ona görə tirajlayırlar ki, onlar daha çox baxılır, izlənilir. Əslində, bu, doğru deyil və jurnalistika bu deyil. Jurnalistikanın yolu prinsiplərə əməl edərək cəmiyyət üçün maraqlı yox, əhəmiyyətli məlumatları ötürməkdir. Cəmiyyəti inkişafa aparan informasiyalara üstünlük verilməlidir. 147 il ərzində milli mətbuatımız müxtəlif mərhələlər keçib. Burada inkişaf mərhələsi də olub, tənəzzülə bərabər dövr də olub. 1875-ci ildən 1918-20-ci illəri əhatə edən dövr mühüm mərhələdir. İntibah kimi səciyyələndirilən həmin dövrün mətbuatını biz bu gün də öyrənirik. O dövrdə yazılanlar günümüzdə də aktualdır. 70 illik sovet dövründə jurnalistikanın əsas prinsiplərindən uzaqlaşsaq da, hər halda o da bir mərhələ idi. Sovet dövründə də müəyyən yol qət edilib. Həmin dövrdə xəbər janrı kifayət qədər aktual deyildi. Ancaq digər janrlar – oçerk, felyeton çox geniş yayılmışdı və inkişaf etmişdi. 1980-ci illərin sonundan başlayaraq milli mətbuatımız yeni vüsət aldı. Media özünün azadlıq dövrünə qədəm qoymağa başladı. Nəticədə Azərbaycan özü azadlığa, müstəqilliyə qovuşdu. Tədricən milli mətbuatımız bütün mənalarda əsl jurnalistika prinsiplərinə geri döndü”.
Y.Məmmədli qeyd edib ki, mətbuat günü-gündən inkişaf edir, bir çox məsələlər yenidən nəzərdən keçirilir: “Təbii ki, mediamızın müəyyən problemləri də var. İnternetin, sosial şəbəkənin həyatımıza daxil olması səbəbindən biz də fəaliyyətimizdə, qanunlarımızda korrektələr etmişik. "Media haqqında" qanun da dövrün tələbindən irəli gəlirdi. Media sahəsində səliqə-sahman yaratmaq, formaları müəyyənləşdirmək, fəaliyyəti qanun çərçivəsində həyata keçirmək üçün "Media haqqında" qanunun mühüm əhəmiyyəti var. Ümid edirik ki, qanundan sonra biz müvafiq vəziyyətə uyğun olaraq mətbuatımızı inkişaf etdirə biləcəyik. Medianın inkişafı öz prinsipləri, dayaqları üzərində güclü dayandığı zaman daha təsirli və sürətli olub”.
Ekspert bildirib ki, bizim üçün cəlbedici görünən fərqli platformalar, internet media, sosial şəbəkələr müəyyən zamandan sonra arxaik ola bilərlər: “Amma dəyişməz qalan jurnalistikanın prinsipləridir. Hər birimiz bu prinsiplərə riayət etməliyik. Məsuliyyət bizim üzərimizdədir. Operativ xəbər vermək, reytinq yığmaq, İP-ni artırmaq üçün öz prinsiplərimizdən vaz keçməli deyilik. Qarşımızda duran ən mühüm məqamlardan biri ixtisaslaşmanın daha da dərinləşməsi olmalıdır. Jurnalist hansısa bir sahəni daha mükəmməl bilməlidir. O sahənin peşəkarı olmalıdır. Belə olarsa, media orqanları da oxunaqlı, baxımlı olar. Peşəkarlığa mütləq diqqət yetirilməlidir. Jurnalistika çox populyar sahədir. İstənilən şəxs mətbuatda qısa zamanda populyar ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm