Milyonlar qazanıblar: İndi də sahibkarın borcudur ki, öz işçilərini qorusun!
Məlahət Rzayeva
14:00 23.03.2020
Aktual
881
Yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin təsdiq etdiyi sosial təcrid qaydaları qüvvədədir və qaydalara riayət etmək hər birimizin vətəndaşlıq borcudur.
Bu günlərdə vacib tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əmək haqqı saxlanılmaqla bir aylıq növbədənkənar məzuniyyətə göndərilən nazirlik, komitə, idarə, müəssisələrin siyahısı açıqlandı. Lakin iş rejimi sahibkarlardan asılı olan vətəndaşlarımız da var. Özəl sektor sanki bu qaydalar "bizə işləməz” prinsipi ilə hərəkət edir. Qeyri-ərzaq mallarının satışı ilə məşğul olan ticarət mərkəzləri bağlandığı halda kiçik və orta satış obyektlərində bu, müşahidə edilmir. Eləcə də məlumdur ki, günəmuzd çalışanlar da var (tikinti sektoru, kafe-restoranlar, firmalar, şirkətlər) . Hərçənd kafe və restoranların iş saatları azaldılıb, lakin bu, əsasən işçilərin ziyanınadır. Çünki işçilərə günəmuzd haqqı müştəri sayına görə təyin edilir. Məsələn, adi günlərdə zəhmət haqqı 10-12 manat olan işçiyə indi “görürsünüz ki, müştəri yoxdur” deyib ya heç pul ödəmir, ya da 2-3 manat ödəyirlər. Koronavirusun zərbəsi belədə daha çox özəl sektora dəyir. Hazırkı vəziyyətdə özəl sektorda çalışanlar hansı qaydalarla işləməlidir?
İqtisadçı Elçin Bayramlı “Şərq.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:
-Bu məsələyə bir qədər ədalətli yanaşmaq lazımdır. O təriflənən kapitalizm, bazar iqtisadiyyatı deyilən şey budur. Dövlət yalnız öz strukturlarını idarə edir, qalan sahələrə sadəcə nəzarət edir. Yalnız hər şeyin dövlətə məxsus olduğu ölkələrdə dövlət hamının əvəzinə hər şeyi edir. Biz bu sistemdə yaşamışıq vaxtilə. Hər şey dövlət balansında, bütün gəlirlər dövlətə gedirdi, dövlət də o büdcədən hər şeyi təmin edirdi. Özəlləşmə ilə demək olar ki bütün sahələr keçdi şəxsi mülkiyyətə, bütün zavodlar, fabriklər, müəssisələr və s. Əvvəl onların gəliri dövlətə gedirdi, dövlət də oradan hər yerə xərcləyirdi, indi o gəlirlər, məsələn, Mamed müəllimin cibinə gedir və dövlətin də borcu deyil onun əvəzinə onun işçilərinə maaş vermək və sair yardımlar etmək. Bu, Mamed müəllimin borcudur. Yəni, şirkətlər, firmalar, özəl sektora aid təsərrüfatlar və müəssisələr öz işçilərinin 1-2 aylıq maaşını ödəməklə karantin müddətində qorumuş olar. Bunu etməyə borcludurlar. Çünki illərlə o işçiləri işlədib, onlar üzərindən milyonlar qazanıblar. İndi o pulların az bir hisəsini xərcləmək vaxtıdır. Bu həm də vətəndaşlıq, insanlıq borcudur.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm