Misirli müşahidəçi: "Seçki məntəqələrində gördüklərim deməyə əsas verir ki..."
13:30 09.02.2020
Aktual
452
"On ildən çoxdur ki, Azərbaycanla bağlı tədqiqatlar aparıram. Beş il əvvəl mən Azərbaycanda olmuşam. Ötən müddətdə ölkədə xeyli dəyişikliklər baş verib. Görürəm ki, Azərbaycan çox sürətlə inkişaf edir. Müşahidəçisi olduğum bugünkü parlament seçkiləri də ölkənin ictimai-siyasi həyatı üçün vacib hadisələrdən biridir".
Bu sözləri AZƏRTAC-a müsahibəsində parlament seçkilərinin gedişini izləyən Misirin “Dialoq” Siyasi və Media Araşdırmaları mərkəzinin müdiri Əhməd Tahir deyib.
Əhməd Tahir bildirib ki, bugünkü seçkilər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissəsidir. “Mən səhərdən təxminən 6-7 seçki məntəqəsində olmuşam. Müşahidə apardığım məntəqələrdə hər şeyin qaydasında olduğunu gördüm. Müşahidələrim bunu deməyə əsas verir ki, seçkilərdə təşkilatçılıq yüksək səviyyədədir. Hər şey şəffafdır. Məntəqələrin veb-kameralarla təchiz olunması, seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi də bunun əyani sübutudur. Bundan başqa, müşahidəçilərin prosesi izləməsi də aşkarlıq nümunəsidir. Havanın soyuq olmasına baxmayaraq, yaşlı insanların seçki məntəqələrinə gəlib səs vermələri bizim diqqətimizi cəlb etdi. Həmçinin gənclərin də fəallığı bizdə maraq yaratdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı seçkiyə nə qədər önəm verir”, - deyə misirli müşahidəçi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat