Moskva nə çalır çalsın, biz “Qarabağ havası”na oynayacağıq - AKTUAL
Banuçiçək Kalbalıyeva
14:03 16.10.2020
Aktual
797
Kremlin “Mustafası” Ermənistanın mövcudluğunun qorunması və güclənməsidir
“Çünki Azərbaycan öz torpaqlarını azad etsə, Cənubi Qafqazda daha güclü “oyunçu”ya çevriləcək”
“Bu isə heç bir halda rəsmi Moskvanın maraqlarına uyğun deyil”
Davam edən Dağlıq Qarabağ müharibəsi bir məqamı üzə çıxardı: kimlərin ikiüzlü olduğunu. Türkiyə, Pakistantək dövlətlər haqq səsimizi eşidərək, Fransa, Amerika kimilər isə işğalçını dəstəkləyərək konkret mövqe sərgilədilər. Amma bəzi dövlətlər, o cümlədən də Rusiya, necə deyərlər, gündə bir hava çalır. Gah tərəfləri sülhə çağırır, regionda sabitliyin təəssübkeşi qismində çıxış edir, gah da təcavüzkarı silahlandırır. Əslində ikisini eyni anda edir. Qalırsan mat-məəttəl. Nədir rəsmi Moskvanın “Mustafası”?! Ya “sülh mələyi” olsun, ya da silah alverçisi.
Daha “gözə kül üfürməyə” nə ehtiyac var?! Onsuz da bütün proseslər ortadadır. Elementar analiz qabiliyyəti olan hər kəs gəlişmələri müqayisə edib nəticə çıxara bilər. Əlbəttə, Moskvanın “çaldığı hava”ya özü və vassalı olan Ermənistan oynayır. Bizim isə “hava”mız başqadır, özdür və özəldir. Bu “hava”nın bir adı var: Dağlıq Qarabağ işğaldan azad olunmalıdır. Onlar nə çalır çalsın, biz ancaq bu “hava”ya oynayacağıq.
Politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasında rəsmi Moskvanın Ermənistanı silahlandırması barədə məqamlara aydınlıq gətirib:
“Ermənistan Rusiyanın bölgədəki forpostudur. Rusiyanın düşmənimizi gücləndirmək niyyəti aydındır. Bu, həmin dövlət vasitəsilə bölgəyə nəzarət məqsədlidir. Üstəgəl, Ermənistanda Kremlin hərbi bazası var. Rusiya həmin baza vasitəsilə təkcə Cənubi Qafqaza və Qafqazın şimal hissəsinə deyil, həm də İrana, Türkiyəyə, Yaxın Şərqə nəzarət edə bilir.
Onu da nəzərə almaq lazımdır ki, Türkiyə və İranla sərhəddi də rus ordusu qoruyur. Yəni Ermənistanın mövcudluğu və güclənməsi birbaşa Rusiyanın maraq dairəsindədir. Buna görə də Ermənistan iş adamları vasitəsilə və humanitar yardım adı ilə Dağlıq Qarabağa silah göndərilir. Əlbəttə, hökumətin icazəsi olmadan, dövlət rəhbərindən xəbərsiz və qeydiyyata alınmadan hansısa ölkəyə bircə güllə patronu da göndərilə bilməz”.
S.Soltan, həmçinin Kremlin məqsədini də açıqladı:
“Oxşar hadisə 1988-ci ildə Ermənistanda Spitak zəlzələsi zamanı da olmuşdur. İndi işğalçını zəif, aciz göstərməyə çalışırlar. Guya ki, Azərbaycan və Türkiyə Dağlıq Qarabağdakı separatçılara qarşı birgə mübarizə aparır.
Ermənistanın isə həmin separatçılara kömək etmək imkanı yoxdur. Daha konkret desək, Ermənistanla bağlı beynəlxalq ictimaiyyətdə məzlum obrazı yaradılır. Və, beləliklə, düşmənə kömək göstərilir.
Əslində bu, ənənəvi yardım forması və hibrit müharibədir. Onu da deyim ki, Rusiya döyüşlərdə öz hərbçiləri ilə iştirak etmir. Döyüşənlər “Vaqner” könüllü dəstəsinin üzvləridirlər. Onlar həm pul alır, həm də ayrı-ayrı təşkilatlar tərəfindən sığortalanır.
Nəticədə isə Rusiyanın marağı təmsil olunur-Ermənistan güclənir. Əlbəttə, hədəf məhz budur. Çünki Azərbaycan öz torpaqlarını azad etsə, Cənubi Qafqazda daha güclü “oyunçu”ya çevriləcək. Bu isə heç bir halda rəsmi Moskvanın maraqlarına uyğun deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya