MSK sədri: “Qutuların şəffaf olmamasının insanlarda maraq doğurması anlaşılmazdır”

Mərkəzi Seçki Komissiyası (MSK) bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

MSK sədri bildirib ki, bu məsələnin insanlarda maraq doğurmasının səbəbi anlaşılmazdır: “Siz qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür".