Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə və vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə gənclər arasında keçirilmiş hekayə müsabiqəsinin qaliblərinin Gənclər Günü ərəfəsində mükafatlandırma mərasimi keçirilib.
Serq.az-ın xəbərinə görə, münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Biləsuvar rayonu Çinarlı kənd tam orta məktəbinin şagirdi Fərzili Dilşad Elbrus qızı, 2-ci yerə Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli tam orta məktəbin şagirdi Orucov Famil Faiq oğlu, 3-cü yerə isə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdi Şahverdiyeva Səkinə Şahin qızı layiq görülüblər. 10 gəncə isə həvəsləndirici mükafat verilib.