
Müşavirədə Ermənistana ciddi mesajlar verildi: "...Anti-terror əməliyyatları apara bilərik və..."
Yusif Nəzərli
11:37 16.07.2022
Aktual
737
"Cənab Prezident İlham Əliyevin sədriliyi ilə keçirilən 6 ayın sosial-iqtisadi yekunlarına dair müşavirədə Ermənistanın icra etməli olduğu və öhdəsinə götürdüyü məsələlərə bir daha geniş toxunuldu".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, müşavirədə qarşı tərəfə də çox ciddi mesajlar ünvanlandı:
"Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələblərini müharibənin bitməsindən 1.8 ay keçməsinə baxmayaraq icra etmir. Bu bəyanata imza atmış Rusiya da Ermənistana kapitulyasiya sənədinə imza atarkən qəbul etdiyi öhdəliklərin icra edilməsinə görə heç bir təzyiq göstərmir. Ona görə də Ermənistan rəhbərliyi sözdə təqdim etdiyimiz bütün məsələləri qəbul etdiyini ifadə etsə də, əməldə heç bir dəyişikliyi etmir. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən erməni hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılmalıdır. Həm də Zəngəzur dəhlizi açılmalı və sutkanın 24 saatı Naxçıvanla manesiz əlaqəmizi təmin etməlidir".
Parlament üzvü bəyan edib ki, Azərbaycan məsuliyyətli ölkə olaraq bütün məslələrə ciddi riayət edir:

"Üçtərəfli bəyanat imzalanan ilk gündən ermənilər Laçın dəlizi vasitəsilə sərbəst hərəkət edirlər. Cənab Prezident qarşı tərəflərə bildirdi ki, əgər Zəngəzur dəhlizi tezliklə açılmazsa, Laçın dəhlizini də bağlaya bilərik. Digər yandan vurğulandı ki, erməni hərbi birləşmələri ərazimizdən çıxarılmazsa, biz anti-terror əməliyyatları apara və ərazimizi erməni hərbiçilərdən təmizləyə bilərik. Ölkə başçımız bir daha vurğuladı ki, "biz müharibə istəmirik və bütün məsələləri sülh danışıqlar yolu ilə həll olunmasını istəyirik". Bununla yanaşı biz ordumuzu daha da modernləşdirərək gücləndiririk. Dövlət başçısı əgər məsələlər danışıqlar yolu ilə həll olunmazsa, yenidən müharibəyə hazır olduğumuzu bildirdi. Cənab Prezidentin çıxışları qarşı tərəflərdə diqqətlə izlənilir. Hesab edirəm ki, ölkə başçımızın ünvanladığı mesajlar qarşı tərəfi düşündürəcək və danışıqlar yolu ilə razılaşdırılmış məsələrin həll olunmasına hərəkətə keçəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət