Namizəd seçicilərə söz verdi: “Deputat seçiləcəyim təqdirdə…” - FOTO
12:36 05.02.2020
Aktual
667
“Azərbaycan Dövlətinin ərazi bütovlüyü və suverenliyinin qorunması, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətlərinə dəstək olacam. Ölkənin siyasi sabitliyi, iqtisadi yüksəlişi və sosial ədalətin qorunması üçün çalışacam. Müzakirəsində iştirak edəcəyim hər bir qanunda yalnız və yalnız insan amilinin önə çəkilməsinə, hər bir qanunda onların şəraitlərinin daha da yaxşılaşdırılmasına xidmət edəcəm”.
Bu sözləri 52 saylı Quba Seçki Dairəsindən deputatlığa namizəd Lalə Teymur qızı Məmmədova seçki platformasında qeyd edib.
L.Məmmədova bildirir ki, deputat seçiləcəyi təqdirdə təhsil işçisi olaraq, müəllimlərin sosial qayğılarının aradan qaldırılması üçün bir neçə layihə təklifi ilə çıxış edəcək:
“Quba rayonunda yeni iş yerlərinin açılması , əhali( xüsusilə gənclər) arasında işsizliyin aradan qaldırılması üçün səylə çalışacam. Rayonda kənd təsərrüfatının və kiçik özəl təsərrüfatların inkişafı üçün Milli Məclisə layihələr təqdim edəcəm və bunun reallaşması üçün çalışacam. Quba rayonundakı aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması yolunda işlər görəcəm. Qubanın şimal bölgəsinin mərkəzi rayonu olması istiqamətində layihəli təqdimatlar verməyə çalışacam. Dövlət başçısının turizmin inkişafı proqramı əsasında Qubanın turizm mərkəzinə çevrilməsinə, bu istiqamətdə turizmlə məşqul ola biləcək kiçik və orta sahibkarlara daha peşəkar və keyfiyyətli xidmət göstərmələri üçün dövlət dəstəyinin verilməsinə köməklik göstərəcəm. Rayonun bütün kəndlərin içməli su və qaz ilə təmin olunması məsələlərini tam həll olana qədər gündəmdə saxlayacam. Kənd yollarının yenidən qurulması və kəndlərin sosial-mədəni inkişafına dəstək olacam.Gənclərdə kitaba elmə ,yaradıcılığa həvəs yaradılması istiqmətində rayon və kənd kitabxanaları yenilənməsinə və bərpa olunmasına çalışacam”.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək. Hazırda namizədlər təşviqat kampaniyasını aparırlar. Təşviqat kampaniyası fevralın 8-I saat 8-ə kimi davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat