“NATO ilə qarşılıqlı müzakirə Azərbaycanın xeyrinədir”
“NATO ilə qarşılıqlı müzakirə Azərbaycanın xeyrinədir”
Yusif Nəzərli
12:04 18.07.2022
Aktual
608
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş sabah Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək.
Baş tutacaq görüşlə bağlı gözləntilərini “Sherg.az”la bölüşən siyasi şərhçi Turab Rzayev bildirib ki, görüşün rutin ziyarət məqsədli olacağını düşünür:
“Amma son dövrlərdə baş verən bəzi hadisələri, xüsusilə, iki məsələni nəzərə alsaq, görüşün əhəmiyyəti arta bilər. Birincisi, Prezident İlham Əliyevin Ursula fon der Lyayeni Bakıda qəbul etməsi ilə bağlıdır. Bunun nəticəsində Avropa İttifaqı ilə qaz ixracı ilə bağlı enerji müqaviləsi imzalandı. İkinci məsələ isə Azərbaycanın erməni silahlı birləşmələrinin rus sülhməramlılarının nəzarəti altından çıxarılması tələbi ilə əlaqədardır. Hər iki hal Rusiyanı kifayət qədər qıcıqlandıracaq məsələlərdir. Rusiya tərəfi iyun ayının sonuna qədər erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına söz vermişdi. Amma bunu yerinə yetirməyiblər, ölkə başçısı da bunu açıq şəkildə bildirdi”.
T.Rzayev vurğulayıb ki, NATO ilə qarşılıqlı müzakirə istənilən halda Azərbaycanın xeyrinədir:
“Azərbaycan son illərdə özünü NATO ilə müəyyən məsələlərdə ortaq kimi aparır. Qarabağ müharibəsində NATO-nun Azərbaycan əleyhinə heç bir qərar verməməsi, Azərbaycan və Türk ordusunun Kabil hava limanını mühafizə etməsindən sonra Stoltenberqin təşəkkür etməsi və başqa məsələlər Azərbaycanla NATO arasında münasibətlərin artan xətt üzrə inkişafını göstərir. Bu görüş regionda və dünyada qütbləşmənin və müharibə təhlükəsinin artdığı bir vaxtda Azərbaycan üçün müsbət dəyərləndirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə