Nazirin “vur” əmri ! – “Bu, üçlü danışıqların təzahürüdür” – Rəsmi Bakı üçün AVANTAJ !
Banuçiçək Kalbalıyeva
13:21 07.10.2020
Aktual
834
“Azərbaycan, Türkiyə və Rusiyanın mövqeləri müəyyən məqamlarda üst-üstə düşür”
“Rəsmi Moskva müharibədən narahatlığını bildirib, tərəfləri danışıqlara çağırsa da, məsələyə müdaxilə edə bilməyəcəyini deyib”
“Ümumiyyətlə, Kreml indiyədək yalnız müşahidəçi kimi çıxış edib”
“İddia edə bilərik ki, Türkiyə Rusiya ilə Şərqi Aralıq dənizi, Liviya və Suriya barədə razılıq əldə edib”
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Bu barədə M. Çavuşoğlu Ankarada səfərdə olan Y.Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Nazir deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir.
Türkiyə XİN başçısı S-400-lə də bağlı Y. Stoltenberqlə müzakirə apardıqlarını vurğulayıb. Ardınca isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yens Stoltenberqun görüşü baş tutub. İndiki məqamda Türkiyənin Azərbaycana mənəvi dəstəyi göz qabağındadır. Deməli, NATO Baş katibi ilə sözügedən görüş də artıq müharibəyə çevrilən Dağlıq Qarabağ münaqişəsində ciddi dəyişikliklərə səbəb ola bilər.
Son günlər siyasi müstəvidə yaşanan bir sıra hadisələr suyu daha da bulandırır. Diplomatiyada heç vaxt təsadüf olmur. Deməli, bizim gördüklərimizin fonunda da çox ciddi nüanslar var.
Bu mübhəm məqamları aydınlatmaq məqsədilə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli ilə əlaqə saxlayıb, suallarımız ünvanladıq.
- Türkiyə XİN başçısı M.Çavuşoğlunun NATO baş katibi ilə görüşünü necə qiymətləndirirsiniz?
- Məsələyə lokal yox, beynəlxalq prizmadan yanaşmaq lazımdır. Hazırkı proseslərdə dörd əsas tərəf var: ABŞ- İngiltərə, Fransa - Almaniya, Rusiya və Türkiyə. Ayın 27-dən etibarən davam edən hərbi əməliyyatlar bir neçə gün dayandırılmış kimi göründü. Bu, əslində beynəlxalq qüvvələr arasındakı toqquşmaların təzahürü idi. Azərbaycan, Türkiyə və Rusiyanın mövqeləri müəyyən məqamlarda üst-üstə düşür. Bunun pərdəarxası məqamlarını bilməsək də, iddia edə bilərik ki, Türkiyə Rusiya ilə Şərqi Aralıq dənizi, Liviya və Suriya barədə razılıq əldə edib.
- Fransanın indiki mövqeyi barədə nə deyə bilərsiniz?
- Bu dövlətin ermənipərəst mövqeyi açıq-aydındır. Onun belə yanaşması isə ilk növbədə Türkiyəyə olan münasibətlə əlaqədardır. Lakin Fransa NATO-da
o qədər də arzuolunan tərəf deyil. Əsas yox, ümumi üzvlərdən biridir.
- Bu günlərdə müdafiə nazirimiz Zakir Həsənov ən ağır silahlardan istifadə edilməsinə dair əmr verdi. Sizcə, sözügedən açıqlama Türkiyə ilə NATO arasındakı dialoqla əlaqəli ola bilərmi?
- Düşünmürəm. Bu açıqlama Azərbaycan, Türkiyə və Rusiya arasındakı danışıqların arxa fonunda baş verənlərin təzahürü idi. İşğalçı Ermənistan ərazisindən Azərbaycanı vurmaqla bizi adekvat cavaba təhrik etmək istəyir. Məqsəd isə KTMT-ni müharibəyə cəlb etməkdir. Azərbaycan tərəfi işğalçının təxribatlarını, bizim mülki obyektlərimizi vurması ilə bağlı müəyyən araşdırmalar apardı, diplomatik addımlar atdı. Bu, təcavüzkarı beynəlxalaq tribunala verməkdən ötrü idi. Əlbəttə, biz düşmənə adekvat cavab verəcəyik. Amma ordumuz Ermənistan ərazisinə fiziki daxil olmadan sadəcə qarşı tərəfin zərbə nöqtələrini müəyyənləşdirib, onları neytrallaşdıracaq.
- Rusiya prezidenti Vladimir Putinin son bəyanatı çox diqqət çəkdi. Sizcə, Rusiya lideri “Hadisələr Azərbaycan ərazisində baş verir” bəyanatında səmimidir?
- Putinin şəxsində gec-tez məsələyə münasibət olmalı idi. Onun bitərəfliyi Azərbaycan üçün avantajdır. Rəsmi Moskva müharibədən narahatlığını bildirib, tərəfləri danışıqlara çağırsa da, məsələyə müdaxilə edə bilməyəcəyini deyib. Ümumiyyətlə, Kreml indiyədək yalnız müşahidəçi kimi çıxış edib.
- Elə isə Rusiya baş nazirinin İrəvana rəsmi səfəri nə ilə bağlı idi?
-Bu məsələ təsdiqlənmədi. Əlbəttə, təsdiqlənməsi bizim ziyanımıza olardı. Hər halda rəsmi Moskva Ermənistanda Paşinyandan sonrakı dövrə hazırlaşır və bu ritorikası ilə həmin əraziyə nəzarət etdiyini göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm