Nazirlik xəbərdarlıq yaydı: “Azərişıq” tapşırıq verdi
12:03 07.02.2020
Aktual
457
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq, Azərişıq ASC gücləndirilmiş iş rejiminə keçib.
Bunu Axar.az-a açıqlamasında səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, “Azərişıq” rəhbərliyi təcili iclas keçirib: “Bununla əlaqədar “Azərişıq” rəhbərliyi və texniki departamentin əməkdaşlarının iştirakı ilə toplantı keçirilib və gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda həmçinin güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”.
T.Mustafayev əlavə edib ki, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən, regionlarda növbətçilik yaradılıb: “Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayı artırılmasına qərar verilib. İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər və qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat