Nikolun əsas düşməni yeni hərəkat başladır

Aktiv siyasətə qatılmaq niyyətindəyəm. Axar.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan deyib.

“Bu, siyasi qüvvələrin yaradılması və qeydiyyatını nəzərdə tutur ki, mən onu tezliklə etmək fikrindəyəm. Yaxın zamanlarda yeni siyasi partiya elan ediləcək”, – deyə o bildirib.

O, partiyanın hazırkı hakimiyyətdən narazıları ətrafına toplayacağını bildirib:

“Hazırkı hakimiyyətə alternativ əvvəlki hakimiyyətlər deyil. Keçmişə dönüş olmayacaq. Mən şəxsən buna qarşıyam”.