Nümayəndələr Palatasının layihəsi ABŞ-ın xarici siyasətinə ziddir - Politoloq
11:24 17.07.2022
Aktual
536
“ABŞ Nümayəndələr Palatasının erməni lobbisnin təhriki ilə qəbul etdiyi layihə Vaşinqtonun strateji maraqlarına qarşıdır”.
Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, ABŞ Nümayəndələr Palatası erməni və yunan lobbisinin təhriki ili Azərbaycan və Türkiyə əleyhinə layihə qəbul edib:
“2023-cü il Maliyyə ili üçün Mlli Müdafiə Aktına dəyişikliklər edilib. Bu dəyişikliklər birbaşa ABŞ-ın Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh təşəbbüslərinə və Türkiyə ilə Yunanıstan arasında gərginliyin yaranmasına xidmət edir. Layihəni qəbul etməklə Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenin Türkiyəyə F-16 qırıcılarının verilməsi ilə bağlı təşəbbüsünü və Ankara ilə normallaşan əlaqələrini sual altına qoyur. Həmçinin, bu məsələ ABŞ-Azərbaycan əlaqələrinə, siyasi-iqtisadi, enerji və təhlükəsizlik sahsəsində əməkdaşlığa zərbə vurur. Erməni və yunan lobbisinin təsiri ilə qəbul olunan layihə Rusiyanın maraqlarına xidmət edir. Bu layihə ABŞ-ın xarici siyasətinə ziddir. Nümayəndələr Palatası Pentaqon, Dövlət departamaneti və Ağ Evin regionla yenidən qurduğu əlaqələrin qarşısını alır”.
Analitikə görə, ABŞ prezidentinin Azərbaycan və Türkiyə ilə strateji yaxınlaşmanı təhdid edən bu layihəyə veto qoymaq hüququ var:
“Ağ Evin bu qanun layihəsinə veto qoyması mümkündür. Əks təqdirdə ABŞ-ın xarici siyasətində regionla bağlı ciddi problemlər yaranacaq. Türkiyə Finlandiya və İsveçin NATO üzvülüyünə ona görə razılıq verdi ki, bir çox məsələlərdə, xüsusilə F-16 qırıcıları ilə bağlı Co Baydenlə Ərdoğan arasında razılıq əldə edildi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə