Ombudsman Gəncə şəhərində baş vermiş insan tələfatı və törədilmiş dağıntılarla bağlı bəyanat yayıb
15:45 04.10.2020
Aktual
535
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində baş vermiş insan tələfatı və törədilmiş dağıntılarla bağlı növbəti etiraz bəyanatı yayıb.
Ombudsman aparatından Sherg.az-a daxil olan bəyanatda deyilir:
“Beynəlxalq ictimaiyyətə məlumdur ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüquq normaları növbəti dəfə kobud şəkildə pozularaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və sosial obyektlər ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə edilməklə intensiv şəkildə atəşə tutulur.
Cinayətkar əməllərini davam etdirən Ermənistan silahlı qüvvələri oktyabrın 4-də səhər saatlarından başlayaraq münaqişə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə raketlər atmaqla ağır artilleriya atəşinə tutub.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcəbədi, Cəbrayıl, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutub.
Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olmuş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəymişdir.
Halbuki, beynəlxalq humanitar hüquq əsas prinsip kimi hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb edir.
Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti isə BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirir.
Təcavüzkar Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qarşısının alınması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməməsi nəticəsində işğalçı dövlət daha da azğınlaşır, münaqişə zonasını bilərəkdən genişləndirir və insanlıq əleyhinə yeni cinayət əməlləri törətməkdə davam edir.
Təcili olaraq dünya ictimaiyyətini beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan dövlətindən mülki əhalinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərdən çəkinməklə işğala son qoymasını tələb etməyə və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağa çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media