Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 15-də səhər saatlarında əməliyyat-taktiki raket Ordubad ərazisində partlasa da, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib. Analitiklərin fikrincə, düşmənin Naxçıvanı hədəf alması təhlükəli məqsədlərə xidmət edir. Lakin indiki şəraitdə ermənilərin təxribatçı qayəsinin reallaşmayacağı birmənalıdır.
Ordubada raket zərbəsinin məqsədi aydındır
Turan
09:37 19.10.2020
Aktual
753
Yerevan çalışır ki, Ankara-Moskva müzakirələri qarşıdurma mərhələsinə keçsin
Azərbaycanın cəbhə bölgəsindən uzaq şəhərlərini ardıcıl raket zərbələrinə məruz qoyan işğalçı Ermənistan ordusu cinayətkar əməllərini davam etdirməkdədir. Dünən Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket atılıb.
Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 15-də səhər saatlarında əməliyyat-taktiki raket Ordubad ərazisində partlasa da, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib. Analitiklərin fikrincə, düşmənin Naxçıvanı hədəf alması təhlükəli məqsədlərə xidmət edir. Lakin indiki şəraitdə ermənilərin təxribatçı qayəsinin reallaşmayacağı birmənalıdır.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Ermənistanın Ordubad rayonuna raket zərbəsi endirməsi Türkiyə-Rusiya danışıqlarının pozulmasına yönəlib. Siyasi şərhçinin sözlərinə görə, bu addım Qars müqaviləsinin müddəalarına ziddir:
“Rəsmi Yerevan çalışır ki, Ankara-Moskva müzakirələri qarşıdurma mərhələsinə keçsin. Bu, Rusiyanı provakasiyaya çəkmək siyasətidir. Kreml rəhbərliyi Paşinyanın bu avantürist siyasətinə getməyəcək. Ümumiyyətlə, Rusiyanın Qarabağ və Ermənistana endirilən zərbələrlə bağlı Ankara ilə konfrontasiyaya getməsi özünün geosiyasi maraqlarına ziddir. İlk növbədə Yerevanın təxribatçı mövqeyi Moskvanın Türkiyə ilə sıx iqtisadi-enerji və hərbi-texniki əməkdaşlığına zərbə vurur.
Naxçıvan münaqişə cəbhəsinə çevrilərsə, buradan Laçın dəhlizi, Qubadlı, Zəngilan istiqamətlərində Ermənistan ordusuna ciddi zərbələr vurulacaq. Ermənistan düşünür ki, müharibənin miqyasını genişləndirməklə Moskvanın müdaxiləsinə nail olacaq. Amma Rusiya Bakı-Ankara platformasına qarşı hərəkətə keçməyəcək. Necə ki, Azərbaycan Vardenisdə Ermənistan hərbi bazasına raket zərbələri endirsə də, Moskva qarışmadı. Rusiya Naxçıvandan cavab zərbəsinə də neytral qalacaq”.
M.Əsədullazadə hesab edir ki, regionda siyasi-hərbi balans Azərbaycanın maraqlarına cavab verir:
“Münaqişənin davam etməsi Qarabağa hansısa status verilməsini mümkünsüz edəcək. Ümumiyyətlə, Rusiya Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxartsa da, Yerevan kapitulyasiya sülhünə gəlməyəcək. Ermənistan heç vaxt Qarabağın Azərbaycanın tərkibində qalması ilə barışmayacaq. Məncə, bu proseslərdən sonda Qarabağda ermənilərə heç bir muxtariyyət verilməməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya