Osloda yaşayan azərbaycanlılar Parlament binası qarşısında etiraz aksiyası keçirib
15:59 01.11.2020
Aktual
641
Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti-Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sherg.az-a verilən məlumata görə, “CAN” Azərbaycan-Norveç təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlılarla yanaşı, türk və Pakistan icmalarının nümayəndələri də iştirak edib. Aksiyanın təşkilatçısı, “CAN Azərbaycan” təşkilatının rəhbəri Şərvin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib.
Aksiyada Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Daha sonra terror qurbanlarının xatirəsi yad edilib.
Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və Azərbaycana dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.
Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm