Paşinyan dilemma qarşısında: "Ya xalqı qırğına verməli, ya da getməlidir" – Siyasi ölüm !
Banuçiçək Kalbalıyeva
12:41 19.10.2020
Aktual
1234
“Ermənistan ordusunda şəxsi heyət tükənir. Döyüşən, qırılan ordu yox, xalqdır”
“Fikrimcə, hərbçilər bunu bağışlamayacaq və Paşinyanı devirəcəklər”
“Paşinyan nə qədər avam olsa da, reallığı yaxşı başa düşür: hərbçilər olmasa da, xalq onu linç edəcək”
Ermənistan baş naziri Nikol Paşinyan artıq ikinci dəfədir ki, yalvar-yaxırla, zənglərlə bir təhər humanitar atəşkəsə nail olsa da, şərtlərə əməl etmir. Bir tərəfdən danışıqlara hazır olduğunu deyir, digər tərəfdən isə sərsəmələrindən əl çəkmir, “Bir qarış torpaq da verməyəcəyik” deyir. Psixoterapevtlər daha yaxşı bilər, amma, məncə, bu, dəlilik, şizofrenlik əlamətidir. Bir az obrazlı dillə desək, Paşinyan özünü Servantesin “Don Kixot”u kimi aparır...Amma türklər demiş, dünyanın neçə bucaq olduğunu başa düşməyinə az qalıb.
Ölkədə baş nazirə qarşı narazılıqlar artmaqdadır. Paşinyan bu “bacarıqla”, mənasız ambisiyaları ilə hara qədər mübarizə apara biləcək, görəsən? Fikrimcə, bizim Şuşaya nə qədər yolumuz qalıbsa, Paşinyanın “siyasi ömrü”nə də o qədər qalıb, yəni çox az.
Politoloq Mübariz Əhmədoğlu da bu fikirdədir. O, “Sherg.az”a açıqlamasında Ermənistandakı daxili böhranı belə şərh edib:
“Paşinyan ölkəsində faktiki olaraq söz sahibi deyil. Hərbçilər onu istənilən vaxt aradan götürə bilərlər. Bunu etməmələrinin yeganə səbəbi isə baş nazirin dünyanın siyasi institutları ilə danışıqlar aparmasıdır. Fikir verirsinizsə, Ermənistan hərbi-siyasi hakimiyyətinin açıqlamaları bir-biri ilə ziddiyət təşkil edir. Çünki Paşinyan müstəqil deyil.
Artıq-əskik danışacağı təqdirdə başına nələr gələcəyini yaxşı bilir. İşğalçı ölkədə vəziyyət ən son həddədir. Müharibənin ilk günündən etibarən düşmənin şəxsi heyəti, o cümlədən yüksək rütbəli zabitləri məhv edilir. Artıq qadınlardan ibarət dəstələr yaradılır. Yəni Ermənistan indi qadına-qıza möhtac qalıb. Əgər namusları olsa, qadınları əsgərlərimizin qarşısına göndərməzdilər”.
M. Əhmədoğlunun fikrincə, Paşinyan “iki od arasında”dır:
“O, danışıqlar üçün yalvarır və buna nail olur. İkinci humanitar atəşkəsdən əvvəl Paşinyan Fransa prezidenti Emanuel Makrona zəng etmişdi. Makron Rusiya prezidenti Vladimir Putinlə danışdı. O da öz növbəsində humanitar atəşkəslə bağlı xarici işlər naziri Sergey Lavrova tapşırıq vermişdi. Beləliklə, atəşkəs oldu. Amma Paşinyan buna əməl etmədi.
Çünki Makron demişdi ki, inamlı danışıqlar başlanmalı, dialoqlar imitasiya xətrinə olmamalıdır. Əlbəttə, rəsmi İrəvan bunu istəmədiyinə görə, yenidən silaha əl atdı. Amma şəxsi heyət tükənir. Döyüşən, qırılan ordu yox, xalqdır. Fikrimcə, hərbçilər bunu bağışlamayacaq və Paşinyanı devirəcəklər. Ümumiyyətlə, baş nazir indi iki yol arasındadır: ya xalqın qırılmasına göz yummalı, ya da hərbçilərin ambisiyasına qurban getməlidir.
Paşinyan nə qədər avam olsa da, reallığı yaxşı başa düşür: hərbçilər olmasa da, xalq onu linç edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya