Polis gücləndirilmiş iş rejiminə keçir
16:08 05.02.2020
Aktual
927
Daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. DİN-dən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2020-ci il fevral ayının 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.
Əmrə əsasən, Milli Məclisə növbədənkənar seçkilərin yüksək təhlükəsizlik şəraitində keçməsinin təmin edilməsi məqsədilə respublikanın daxili işlər orqanlarının şəxsi heyəti fevralın 8-dən 11-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Seçki günü asayişin təmin edilməsi ilə əlaqədar olaraq, ictimai yerlərdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, səsvermə bülletenlərinin aidiyyəti üzrə daşınması zamanı lazımi təhlükəsizlik tədbirləri görüləcək.
Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat