"Prezident diplomatiya, döyüş və informasiya cəbhəsinin ən güclü sərkərdəsi olduğunu təsdiqlədi” - Millət vəkili
Turan
10:58 08.11.2020
Aktual
706
“Ali Baş Komandan İlham Əliyev müharibənin başladığı ilk andan etibarən həm siyasi, həm də informasiya müstəvisində Azərbaycan həqiqətlərini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinin diqqətinə çatdırır”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, ölkə başçısının Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə planı barədə dünya ictimaiyyətini vaxtında məlumatlandırması erməni dezinformasiyasını darmadağın edib:
“Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Ermənistanın baş naziri müxtəlif vasitələrlə sülh danışıqlarından yayınır, Azərbaycana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. Dövlətimizin başçısı bu barədə sentyabrın 27- dən əvvəl videoformatda keçirdiyi beynəlxalq tədbirlərdə də məlumat vermişdi. 40 gündür ki, Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə yenidən özü üçün münbit informasiya mühiti yarada biləcəyi xülyası alt-üst olub. Çünki cənab Prezident mütəmadi olaraq dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrində erməni məkri, Nikol Paşinyanın faşizm ideologiyasına sadiqliyi, nasizmə xüsusi meyilliyi barədə faktlara əsaslanaraq məlumatlar verərək onların bütün planlarını ifşa edib. Prezidentin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibəsində də irəli sürdüyü əsas tezislərin yenidən diqqətə gətirilməsi Ermənistanın iç üzünü açıb”.
Parlament üzvü qeyd edib ki, cənab Prezidentin ordumuzda guya muzdluların olması barəsində ermənilərin uydurduqları feyk məlumatları rədd edərək, bütün bunların böhtan və dezinformasiya oduğunu bildirməsi bir daha həmsədr ölkələrə ünvanlanmış sərt mesaj idi:
“Bununla da dövlət başçısı müdrik sərkərdə kimi ölkəmizi ittiham edənlərə yalan informasiyaya əsaslanan belə tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxmalarını tövsiyə etdi. Bugünki reallıq ondan ibarətdir ki, Azərbaycan ordusu hər gün addım-addım zəfər yürüşünü davam etdirir. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi: - Azərbaycan milli ordusunun zəfər yürüşünün qarşısını heç bir qüvvə kəsə bilməz. Bizim şanlı, müzəffər ordumuz var və ölkədə tam səfərbərlik elan edilsə bundan bir neçə dəfə çox döyüşçü toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Buna görə də bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Beləliklə, cənab Prezident müstəqillik tariximizə yeni səhifələr yazmaqla diplomatiya, döyüş və informasiya cəbhəsinin ən güclü sərkərdəsi, uzaqgörən siyasətçi və dünyada gedən prosesləri dərindən izləyən hazırlıqlı şəxsiyyəti olduğunu bir daha təsdiqlədi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə