Prezident İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinə məktub ünvanlayıb
17:43 03.10.2020
Aktual
473
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.
APA xəbər verir ki, dövlətimizin başçısı məktublarda sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribat törətdiyini və bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutduğunu bildirib. Bu təxribat nəticəsində hərbçilərimiz, mülki şəxslərimiz həlak olub və yaralanıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Prezident İlham Əliyev Ermənistanın bu hücumunun planlaşdırılmış hərbi təxribat olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatları, iyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini və yeni müharibəyə hazırlaşdığını göstərir.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğuna dair Azərbaycanın mövqeyini bir daha təkrarlayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı Türk Şurasının 2020-ci il 28 sentyabr tarixli bəyanatına toxunan Prezident İlham Əliyev bu bəyanata görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təşəkkürünü bildirib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq