Putin Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunu Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı böyük töhfəsinə görə fəxri diplomla təltif edib.

Müvafiq sənəd hüquqi informasiya portalının rəsmi saytında yerləşdirilib.