Qafqazda Osmanlı - rus çəkişməsi
Qafqazda Osmanlı - rus çəkişməsi
Yusif Nəzərli
00:38 19.07.2022
Aktual
491
Tarixçi-alim Emin Ünsalın kitabında yeni sənəd və faktlar var
Türkiyənin Trakya Universitetinin müəllimi, tarixçi-alim Emin Ünsalın “Osmanlı İmperatorluğunun Qafqaz Siyasəti və Çıldır valisi Süleyman Paşanın (1771-1791) Fəaliyyətləri” adlı kitabında Qafqaz tarixi ilə bağlı mühüm yeni faktlar var. Üç bölümdən ibarət tarixi əsərdə ilk hissə Qafqazda türk-Osmanlı hökmranlığından, Atabəylərdən və Çıldır valiliyinin təşkilatlanmasından bəhs olunub. İkinci hissə də isə Çıldır valisi Süleyman Paşanın fəaliyyətləri əksini tapıb. Üçüncü bölümdə Osmanlı dövləti ilə Rusiya arasında münasibətlərin korlanması və Süleyman Paşanın mübarizəsi oxucuların diqqətinə çatdırılıb. Qeyd olunub ki, Osmanlı dövləti ilə Rusiya imperiyası arasında imzalanmış Küçük Qaynarca müqaviləsindən sonra (1774-cü il) Krım və Qafqaz bölgəsində üstünlük ruslara keçdi. Bu dövrdə Osmanlı dövlətinin Qafqaz regionunda tətbiq etdiyi idarəetmə və siyasət strategiyası Çıldır valisi Süleyman Paşanın fəaliyyətləri üzərindən həyata keçirilirdi. Osmanlı dövlətinin Qafqaz siyasətini daha dərindən öyrənmək üçün Süleyman paşanın fəaliyyəti xüsusi önəm kəsb edir. Bu kitabda Çıldır valisi Süleyman paşanın fəaliyyəti fonunda XVIII əsrin sonunda bölgədə yaşanan siyasi proseslər, Çıldır vilayətinin oynadığı önəmli rol, Azərbaycan xanlıqları və Dağıstanla əlaqələr yerli və xarici tarixi mənbələr, Osmanlı dövrünün qiymətli arxiv sənədləri əsasında geniş araşdırılıb. Müəllif “ön söz”də vurğulayıb ki, Qafqaz müxtəlif maraqların toqquşmasına məruz qalan mühüm və strateji coğrafiyadır. Anadolu, Qara dənizin şimalı və Orta Asiyaya qədər uzanan geniş ərazidə söz sahibi olmaq istəyən hər dövlət Qafqaza da öz təsirini göstərməyə çalışıb. XVIII əsrdən etibarən güclənən Rusiya çarlığı, o cümlədən İran dövləti də Qafqaz və Anadolu uğrunda Osmanlı ilə mübarizə aparırdı. Bu proseslərin gedişatında ən mühüm rol oynayan tarixi-siyasi fiqurlardan biri də 1771-ci ildə Çıldıra vali təyin olunmuş, Atabəylər sülaləsindən olan Süleyman paşa idi. Kitab həmin dövrdə bölgədə cərəyan edən proseslər fonunda, Osmanlı dövlətinin siyasətinin həyata keçirilməsində önəmli xidmətləri olmuş Süleyman paşanın fəaliyyətinə arxiv sənədləri ilə işıq tutub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə