Ermənistanın hərbi-siyasi rəhbərliyi orduya əsgər toplamaqla bağlı kəskin problemlə üz-üzə qalıb. Baş nazir Nikol Paşinyan tərəfindən elan edilən ölkə sərhədlərinin ümumi səfərbərliyi və bağlanması da mövcud problemi həll etmək iqtidarında deyil. Erməni gəncləri bədnam “Artsax” və erməni hərbçilərinin növbəti avantürası üçün canlarını qurban vermək istəmirlər. Nəticədə düşmənin silahlı qüvvələri hərbi texnikaları da geridə buraxaraq, döyüş meydanından qaçırlar. Ciddi müqavimətlə üzləşməyən Azərbaycan Ordusu isə torpaqlarımızı qarış-qarış işğaldan azad edərək irəliləyir. İctimaiyyət nümayəndələrinin fikrincə, işğal altında olan bütün ərazilərimiz azadlığa qovuşanadək hərbi əməliyyatlar davam etdirilməli, beynəlxalq təşkilatların “sülh” nağıllarına məhəl qoyulmamalıdır.
Qətiyyətimiz sonda qələbə gətirəcək
Turan
07:59 07.10.2020
Aktual
774
"Ermənistan silahlı qüvvələrinə tarixdə görünməmiş dərs veririk"
"Antiterror əməliyyatları keçirilən məqamda heç bir danışıqdan söhbət gedə bilməz"
Cəbhədə ağır məğlubiyyətlə üzləşən Ermənistan və Qarabağ separatçılarının “liderləri” hər gün vətənpərvər bəyanatlar verir və “erməni soyqırımı”nın təkrarlanmaması üçün könüllüləri orduya yazılmağa çağırırlar. Ancaq nə vətənpərvər şüarlar, nə medal, nə də “qəhrəman” ad titulları ermənilər arasında hərbi ruhu yüksəldə bilmir. Ermənistan ordusu ruh düşkünlüyünə məruz qalır, əsgərlər cəbhə bölgəsinə getmək və Azərbaycanın pilotsuz təyyarələrinin hədəfinə çevrilməkdən imtina edirlər.
Ermənistanın hərbi-siyasi rəhbərliyi orduya əsgər toplamaqla bağlı kəskin problemlə üz-üzə qalıb. Baş nazir Nikol Paşinyan tərəfindən elan edilən ölkə sərhədlərinin ümumi səfərbərliyi və bağlanması da mövcud problemi həll etmək iqtidarında deyil. Erməni gəncləri bədnam “Artsax” və erməni hərbçilərinin növbəti avantürası üçün canlarını qurban vermək istəmirlər. Nəticədə düşmənin silahlı qüvvələri hərbi texnikaları da geridə buraxaraq, döyüş meydanından qaçırlar. Ciddi müqavimətlə üzləşməyən Azərbaycan Ordusu isə torpaqlarımızı qarış-qarış işğaldan azad edərək irəliləyir. İctimaiyyət nümayəndələrinin fikrincə, işğal altında olan bütün ərazilərimiz azadlığa qovuşanadək hərbi əməliyyatlar davam etdirilməli, beynəlxalq təşkilatların “sülh” nağıllarına məhəl qoyulmamalıdır.
Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi ilə bağlı “Şərq”ə danışan Türkiyənin Ərciyəs Universitetinin professoru, Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyib ki, Qarabağ məsələsinin sülh yolu ilə həlli məsələsində Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi həmişə olub. Lakin Ermənistan işğalçılıq niyyətindən heç zaman əl çəkməyib. Professorun sözlərinə görə, bugünkü savaşın səbəbkarı Ermənistandır:
“Bunu yalnız biz demirik. Dünya ictimaiyyəti Azərbaycan Ordusunun müzəffər yürüşlərini təqdir edir. Əlbəttə, heç kimin ərazisində gözümüz yoxdur, mübarizəmiz torpaqlarımızı işğal edən erməni silahlılarına qarşıdır. Ərazilərimizi 30 ilə yaxın bir dövrdə işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinə tarixdə görünməmiş dərs veririk. Məncə, prezidentimiz İlham Əliyevin bu məsələdə qətiyyəti son nəticədə qələbə gətirəcək. Əlbəttə, son günlər atəşkəslə bağlı diplomatik trafik artıb, amma bütün bunlar indiki şəraitdə hansısa danışıqlar prosesinin bərpa olunmasını mümkünsüz edir. Antiterror əməliyyatları keçirilən məqamda heç bir danışıqdan söhbət gedə bilməz. Ermənilər bütün güclərini qoyublar ki, atəşkəsə nail olsunlar. Havadarları da artıq Azərbaycana təzyiq etməyə başlayıb. Fikrimcə, əməliyyatlar Xankəndi, Şuşa azad edilənə qədər getməlidir”.
Q.Çaxmaqlının sözlərinə görə, ATƏT-in Minsk qrupu indiki formatda danışıqlarda vasitəçilik edə bilməz. Çünki vasitəçilik missiyasını üzərinə götürən ölkə - Fransa açıq-aydın tərəf tutur:
“Fransa Ermənistanı müdafiə edir, dövlət başçısı səviyyəsində Azərbaycana böhtan atır. Əlində heç bir dəlil olmadan deyir ki, Azərbaycan ordusunun tərkibində Suriya və başqa yerlərdən gətirilən terrorçular döyüşür.
Türkiyəni suçlamaq üçün yalan informasialar yayır. Halbuki, Ermənistan TV-ləri Livandan, ABŞ-dan, Yaxın Şərqin başqa ölkələrindən gəlib Qarabağda vuruşan ASALA-çıları danışdırır, onları göstərirlər.
Sözsüz, Türkiyə proseslərin içərisinə diplomatik olaraq çox yaxşı formada daxil olub. Qardaş ölkə bölgədə söz sahibidir. Onun iştirakı olmadan heç bir məsələ çözülə bilməz. XİN rəhbəri Mövlüd Çavuşoğlunun son bəyanatı da göstərdi ki, Türkiyə Azərbaycanın bu ədalətli savaşı başa çatdırmasında yanımızda olacaq. Biz “Dağlıq Qarabağ Ermənistandır” deyən Paşinyanın siyasətini və erməni mifini darmadağın etmişik”.
Professor vurğulayıb ki, danışıqların hansı formatda davam etməsindən asılı olmayaraq Azərbaycan öz torpaqlarının sahibinə çevriləcək:
“Danışıqlar nə vaxtsa bərpa olunacaqsa, Azərbaycan vaxtilə Ermənistana qanunsuz şəkildə verilmiş torpaqlarımızın - İrəvan və Zəngəzurun da masaya yatırılmasına nail olmalıdır. Millət Şurasının sədri olduğum İrəvan Türk Cümhuriyyəti də bu danışıqlarda iştirak etməlidir.
Əgər Dağlıq Qarabağa hansısa status veriləcəksə, indiki Ermənistan ərazisində də analoji qurum yaradılmalıdır. Hələlik isə Dağlıq Qarabağda təmizlənmə əməliyatları davam etməlidir. Allah ordumuzu qorusun. Qələbə bizim olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya