Regionun siyasi nizamı dəyişəcək
08:19 12.12.2020
Aktual
663
Ermənilər istədi istəmədi yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək
“Türkiyə Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasında münasibətlərin daha da dinamik inkişafının nəticəsidir. İki ölkənin regionda yeni siyasi platforma qurması, regionda digər xalqların da bu platformaya inteqrasiyası və yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər”.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında deyib. O bildirib ki, Ankara-Bakı platforması, Cənubi Qafqazın yeni bir siyasi kombinasiyasını quracaq:
“Bu platformada Gürcüstanın da yer alması və gələcək perspektivdə regional ölkələrin bu kombinasiyada yer alması mümkün ola bilər. Altı ölkənin bu platformada yer alması, əsasən Türkiyənin burada aparıcı bir ölkə olaraq mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Bundan əlavə, bu siyasi-iqtisadi platforma Rusiyanın da regionda hərbi iştirakını zəiflədəcək.
Çünki Rusiya öz sülhməramlı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ hissəsindədir. Ona görə də bu ərazilərdə Azərbaycanın suverenliyinin təmini Rusiya ilə birgə işdən keçəcək. Ankara-Bakı müttəfiqliyi Moskva ilə mümkün əməkdaşlıq çərçivəsində bu mərhələni uğurla həll edə bilər. Moskva burada erməniləri ciddi müdafiə edib, öz məqsədləri üçün istifadə edərsə, regionda Rusiyanın mövqeyi zəifləyə bilər”.
M.Əsədullazadə qeyd edib ki, kiçik bir ərazidə ermənilərin yardımdan asılı olması və yaşayışlarının çətinliyi onların bu əraziləri tərk etməsinə bir müddətdən sonra gətirib çıxara bilər:
“Çünki Rusiya da uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Kiçik bir ərazidə ermənilər Azərbaycanın suverenliyini qəbul edib yaşamaq məcburiyyətindədilər. Ermənilər istədi istəmədi yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək. Ermənistan rəhbərliyi hazırda Türkiyə və Azərbaycanla iqtisadi və siyasi əlaqələrin bərpasında maraqlıdır. Belə olan təqdirdə Azərbaycan ərazilərində "Artsax Respublikası", yaxud burada" status" məsələsinin gündəmə gətirilməsi olmayacaq. Əgər kiçik bir ərazidə ermənilərdən siyasi-hərbi məqsədlər üçün istifadə edilərsə, bu, Rusiyanın regiondan getməsi ilə nəticələnə bilər. Regionun siyasi nizamı dəyişdikcə, proseslər Azərbaycanın lehinə dəyişir və nəticədə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya