Rəsmi İrəvan anlayır! – “Ermənistanın yaşamaq şansı ancaq...”
Yusif Nəzərli
14:24 08.02.2023
Aktual
489
“Ermənistanla Türkiyə arasında danışıqlarda müəyyən irəliləyiş var”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan almaniyalı həmkarı Annalena Burbok ilə Berlində keçirilən birgə brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması barədə müzakirələr aparılır.
Nazir qeyd edib ki, proses bir qədər ləng templə getsə də, müsbət irəliləyişlər var və bu, yaxşıdır.
“Bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər, bu isə növbəti müsbət addımdır. İrəvan ümid edir ki, proses daha da əhəmiyyətli nailiyyətlərlə davam edəcək”, - deyə o bildirib.
Ermənistanın sülh prosesinə doğru bir neçə müsbət addım atdığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, bu ləng getsə də, işlər görülür:
"Məsələn Türkiyə ilə sərhədlərin açılması və hava nəqliyyatında yüklərin daşınması ilə bağlı razılaşma, həm Paşinyanın Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verməsi, həm də yardım göndərə biləcəyini deməsi Ermənistan tərəfinin münasibətləri bərpa etməyə açıq olduğunu göstərir. Yəni rəsmi İrəvan anlayır ki, 80 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistanın yaşamaq şansı ancaq bu ölkələr ilə qonşuluq münasibətləri qurmaqla mümkündür.
Digər tərəfdən Azərbaycan və Türkiyə ilə ticari əlaqələrin qurulması Ermənistan əhalisinin rifahının yüksəldilməsi və iqtisadiyyatın inkişafı üçün də önəmli meyardır. Həmçinin nəqliyyat dəhlizinin açılması İrəvanın tranzit yük daşınmasından gəlir əldə etməsi deməkdir. Bunu isə Ermənistanda da başa düşənlər var.
Lakin prosesə iki məsələ mane olur. Birincisi, Rusiya faktorudur. Kreml bölgədə sülhün olmasını və Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Çünki müharibə nəticəsində region öz ordusunu yeridirək hər iki tərəfə təzyiq edə bilir. İkinci məsələ isə Ermənistandakı cinayətkar keçmiş “Qarabağ klanı” və onu dəstəkləyən şəxslərdir. Sözügedən diaspor Ermənistanın Türkiyə və Azərbaycanla sülh bağlamasını istəmir. Onların hər birinin öz şəxsi marağı var".
Analitik qeyd edib ki, “Qarabağ klanı” Türkiyəyə yaxınlaşmasından siyasi səhnədə istifadə edərək Paşinyanı xain adlandırır:
"Onlar bununla Ermənistan baş nazirini nüfuzdan salmağı və hakimiyyəti yenidən öz əllərində cəmləşdirməyi planlanlaşdırırlar. Yəni siyasi revanş götürməyə çalışırlar. Ümumiyyətlə, diaspor öz varlığını türk düşmənçiliyinə borcludur və düşünür ki, Azərbaycanla Ermənistan barışarsa, onların görəcəyi heç bir iş qalmayacaq. Bütün bunları nəzərə alan Paşinyan hakimiyyəti isə addımlarını ehtiyatlı şəkildə atır. Yəni burada Rusiya, müxalifət və diaspor xofu var. Lakin rəsmi İrəvanın son addımları müsbətdir.
Biz ən azından sərhədlərin delimitasiya və demarkasiyasını yekunlaşdıra bilsək, bir addım irəli atmış hesab edilərik. Bundan sonra bizim Ermənistanla Qarabağ məsələsi xaric heç bir mübahisəli problemimiz qalmır. Hətta Paşinyan hakimiyyəti vaxtaşırı daxili müxalifətə qarşı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna dair açıqlamalar verir.
Yəni Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu tanıyırlar. Lakin orada yerləşən ermənilərin gələcək taleyi ilə bağlı sual ayrılıqları yaranır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm