Rusiya “ətəyindəki daşı yerə tökməlidir”: “Bizimlə əməkdaşlıq şimal qonşumuz üçün daha sərfəli olar”
Banuçiçək Kalbalıyeva
11:00 20.08.2021
Aktual
731
Rusiya XİN sözçüsü Mariya Zaxarova mətbuat konfransı keçirib. O, Qarabağla bağlı 10 noyabr üçtərəfli bəyanatını prioritet adlandırıb. “Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır”, - sözçü bəyan edib.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Zaxarovanın açıqlamasını “Sherg.az”a şərh etdi:
“Rusiyanın Ermənistanı silahlandırması daxildəki revanşist əhval-ruhiyyəni bir az da artırır. Məsələ ondan ibarətdir ki, müharibədən sonra Azərbaycanın xeyrinə dəyişən güc balansını indi süni şəkildə bərabərləşdirmək istəyirlər. Bu isə Moskvanın öz imzasına hörmətsizlik etməsidir. Artıq Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan ətrafında Türkiyə və Pakistanın da daxil olduğu geniş müttəfəqlik şəbəkəsinin yaranması qarşı tərəfə siqnal olmalıdır. Yeni reallığın formalaşdığı nəzərə alınmalıdır”.
Ə. Əlibəyli, həmçinin Kreml üçün ideal variantın nə olduğunu açıqladı:
“Rusiyanın imperialist siyasəti Azərbaycana yox, onun özünə təhdiddir. Odur ki, bizimlə əməkdaşlıq şimal qonşumuz üçün daha sərfəli olar. Üstəlik, Bakı və Ankaranın birgə hərəkət etdiklərini nəzərə alsaq, deməli, Moskva Qərbə qarşı mübarizədə ciddi güc qazana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə