Rusiya mətbuatı Azərbaycan Prezidentinin “Əl-Cəzirə”yə müsahibəsini geniş işıqlandırıb
05:57 04.10.2020
Aktual
462
Rusiya mətbuatı Azərbaycan Prezidentinin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Rusiya xəbər resurslarının materiallarında Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar prosesinin bərpa olunması, müharibənin bitməsi üçün yalnız Ermənistan qoşunlarının işğal olunmuş əraziləri tərk etməsi şərtini irəli sürməsi qeyd olunur. Rusiya oxucularının diqqətinə dövlət başçımızın Paşinyanla indiyədək görüşlərinin tamamilə səmərəsiz olduğu, Azərbaycanın torpaqlarını hərblə deyil, sülhlə qaytarmaq istəyinə baxmayaraq, Ermənistan rəhbərinin bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləməsi barədə fikirləri çatdırılıb.
Rusiyanın internet nəşrləri, informasiya agentlikləri və teleradioları Prezidentin müsahibəsindən aşağıdakı fikirləri sitat gətirirlər: “Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq